Əsas Səhifə > Gündəm > Müsavat emblemə nəyi həkk etmək istəyir?
Müsavat emblemə nəyi həkk etmək istəyir?16-09-2014, 14:38 |
Müsavatın qurultayına hazırlıq üzrə təşkilat komitəsi partiyanın emblemində dəyişiklik təklifinə baxıb. Qərara görə, emblem dəyişikliyi məsələsində son sözü sentyabrın 27-də keçiriləcək qurultay deməlidir. Müsavat başqanının müavini Gülağa Aslanlı “Media forum” saytına deyib ki, yeni emblemdə partiyanın yaranma tarixi öz əksini tapacaq: “Emblemdə dəyişiklik təklifi qurultaya hazırlıq üzrə təşkilat komitəsində irəli sürülüb. Əsas istək emblemə partiyanın yaranma tarixini həkk etməkdir. Son qərar qurultayındır”. Müsavat Partiyası 1911-ci ilin oktyabrında Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Bakıda yaradılıb. Geri qayıt |