Əsas Səhifə > Gündəm, Manşet > Rusiya Azərbaycana Qarabağ problemini hansı yolla həll etməyi təklif edir?
Rusiya Azərbaycana Qarabağ problemini hansı yolla həll etməyi təklif edir?16-09-2014, 09:32 |
DİA.AZ: - «Qarabağın işğaldan hərb yolu ilə azad edilməsi məsələsi gündəmdən yığışmayıb. Hələ də danışıqlar gedir və Azərbaycan tərəfi bununla bağlı israrlı mövqeyini davam etdirməkdədir». Bu ilginc açıqlamanı DİA.AZ-a söyləyən hökumətdəki bilgili qaynağın iddialarına görə, son iki ay ərzində rəsmi Bakı ilə Kreml arasında gərgin müzakirələr gedir. Mənbənin bildirdiyinə görə, hələ də İrəvanın himayədarı kimi çıxış edən Kreml Azərbaycana qarşı müxtəlif təzyiq rıçaqlarından zaman-zaman istifadə edib: «Amma Rusiya da yaxşı başa düşür ki, Qarabağ problemi enində-sonunda həll olunmalıdır. Əks halda, Azərbaycanı itirəcək. Rusiyada yaxşı anlayırlar ki, ələ düşən ilk fürsətdəcə Azərbaycan həm müharibəyə başlayacaq, həm də Rusiya ilə münasibətlərini rahatlıqla korlayacaq. Elə buna görə də Kreml Bakını təzyiqlərlə yox, daha yaxşı münasibətlərlə özünə bağlamağı düşünür. Bunun tək yolu isə təbii ki, Qarabağın işğaldan azad edilməsində Azərbaycana veriləcək rus dəstəyidir». Mənbəmiz dia-az.site-a bildirir ki, artıq sözügedən yöndə Rusiyanın müsbət reaksiyaları müşahidə olunur: «Azərbaycan Qərbin sanksiyaları ilə üz-üzə qalan Rusiyaya dəstək verən əsas dövlətlərdən biridir. Bakı ilə ciddi anlaşma əldə olunub. Azərbaycan təkcə Rusiyaya kənd təsərrüfatı malları ixrac etməyəcək, həm də Rusiyanın dünənə qədər Avropa bazarlarında satılan mallarını da idxal edəcək. Bunun qarşılığında isə Avropanın eyni mallarına qadağa qoyulacaq. Bu, bir növ rəsmi Bakının Rusiyaya qoşularaq Avropaya qarşı sanksiyalara qeyri-rəsmi dətək verməsi kimi də yozula bilər». Məlumatı verən qaynaq bildirir ki, belə bir əlaqənin qurulması Azərbaycan üçün kifayət qədər faydalıdır: «Ruslar da yaxşı başa düşür ki, Ermənistanı onlar təmin edirlərsə və Ermənistanla münasibətlərindən hansısa faydanı əldə etmirlərsə də, özü-özünü təmin edən Azərbaycanla əməkdaşlıq onlara böyük dəstəkdir. Və bu dəstəyin daha da möhkəmlənməsi üçün Qarabağ probleminin həll olunması şərti vacibdir». Bunun anlayan rusların Qarabağın azad olunması planı üzərində işlədiyini bildirən məlumatlı mənbə dia-az.site-a açıqlamasında onu da əlavə etdi ki, yaxın günlərdə konkret plan hazır olacaq: «Ruslar burada ehtiyatlı davranma yolunu seçiblər. Ermənistanı da narazı salmadan problemin mərhələli həllini təklif edirlər. Yəni ilkin olaraq 4 rayon azad olunacaq. Ardından da 10 il ərzində daha 3 rayonun azadlığı ilə davam edəcək prosesin yekunu olaraq Dağlıq Qarabağa Naxçıvan Muxtar Respublikasının statusuna bərabər bir muxtariyyət veriləcək. Yəni Azərbaycan konstitusiyasının çərçivəsində». Geri qayıt |