Əsas Səhifə > Gündəm, Manşet > Cahangir Əsgərovun 18 illik imperiyası tənəzzülə uğramaq üzərədir
Cahangir Əsgərovun 18 illik imperiyası tənəzzülə uğramaq üzərədir11-09-2014, 10:50 |
DİA.AZ: - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) - "AZAL"ın prezidenti Cahangir Əsgərovun da dönəmi başa çatmaq üzərədir. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki məlumatlı mənbələrdən informasiya daxil olub. Verilən xəbərə görə, Cahangir Əsgərov hələ keçən ilin oktyabr ayında, yəni prezident seçkilərindən dərhal sonra görəvindən alınmalı idi: «Amma müəyyən şərtlər daxilində Cahangir Əsgərov mövqelərini qorudu. Bu dəfə isə vəziyyət tamam fərqlidir. Onun gedişinə qərar verilib. Qərar elə bu ilin oktyabr ayında rəsmiləşə bilər». Qeyd edək ki, Cahangir Əsgərov 11 iyul 1950-ci ildə Bakıda anadan olmuşdur. 1980-cı ildə Leninqrad Mülki Aviasiya Məktəbini bitirib. 1972-ci ildən Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkassk Birləşmiş Aviadəstəsində ikinci pilot, Bakı şəhəri Zabrat Birləşmiş Aviadəstəsində eskadrilya müdiri, uçuş dəstəsi komandirinin müavini, 1978-ci ildən Yevlax Birləşmiş Aviadəstəsinin komandiri, Hava limanının rəisi, 1981-ci ildən Bakı Birləşmiş Aviadəstəsində ikinci pilot, kapitan, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1991-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993-cü ildən Dövlət Konserinin Türkiyədə baş nümayəndəsi vəzifələrində işləyib. 1996-cı ildən "Azərbaycan Hava Yolları" QSC-nin baş direktorudur. dia-az.site-a daxil olan məlumatlardan anlaşılanı odur ki, Cahangir Əsgərovun 18 illik imperiyası tənəzzülə uğramaq üzərədir. Geri qayıt |