Əsas Səhifə > Gündəm, Manşet > Ərdəbilin imam-cüməsindən Kərkükdəki azərbaycanlılarla bağlı şok açıqlamalar

Ərdəbilin imam-cüməsindən Kərkükdəki azərbaycanlılarla bağlı şok açıqlamalar


1-09-2014, 10:15
Ərdəbilin imam-cüməsindən Kərkükdəki azərbaycanlılarla bağlı şok açıqlamalar
DİA.AZ: - Ərdəbilin imam-cüməsi höccətülislam Seyid Həsən Amili keçən həftəki xütbələrində olduqca ilginc açıqlamalarda bulunub. DİA.AZ bildirir ki, Şimali İraq ərazisindəki tarixi Azərbaycan torpaqlarında yaşayan Azərbaycan türklərinin İŞİD tərəfindən qətlinə münasibət bildirən Amili Türkiyəd dövlətini sərt formada tənqid edib, rəsmi Bakıya da hiley-güzar ünvanlayıb.

DİA.AZ olaraq “Arannews” portalında yer alan bu məlumatı diqqətinizə təqdim edirik:

“Ərdəbilin imam-cüməsi höccətülislam Seyid Həsən Amili keçən həftəki xütbələrdə elan etdi ki, miladi 1990-cı il, 20 yanvarda çoxsaylı azərbaycanlılar Sovet Ordusunun Bakıya hücumu zamanı həlak oldu. Faciə baş verən zaman Türkiyənin o vaxtkı prezidenti Turqut Özala hadisə ilə bağlı məlumat veriləndə, qırılan insanların türk soylu olduğu bildiriləndə, Türkiyənin bu qətliama seyrçi mövqeyi pislənəndə demişdi: “Azəri türkləri nə qədər qətliam edilsə narahatlığa dəyməz, çünki onlar şiədir.”

Ərdəbilin imam-cüməsi sözünün davamında deyib: “İki aydır ki, İraqda Əmr Əli şiə türklər İŞİD-ın mühasirəsindədir. BMT də xəbərdarlıq edib ki, dəhşətli faciə baş verə bilər. Amma Türkiyə susur. Bu türklər şiə olduğu üçün Türkiyə müttəfiqi İŞİD-i azad buraxıb, Turqut Özalın yolunu gedir. Aydın olur ki, Türkiyənin milliyyətçilik iddiaları dini, milli mənafeləri kölgədə qoyan siyasi mənafələrə çatmaq üçün bir vasitədir. Regiondakı türkmənlər - Əmr Əli, Telafer, Tuzhurmatu türkmənləri İstanbul yox, azəri türkcəsində danışır.” İmam-cümə faciəyə münasibət bildirməyən Azərbaycan dövlətini də tənqid edib. O bilidirib ki, İraqın şimalında İŞİD qarşısında dayanan yalnız İran İslam Cümhuriyyətidir”.

Geri qayıt