Əsas Səhifə > Gündəm, Manşet > İsmət Abbasovun adamı təhlükənin sovuşduğunu desə də…

İsmət Abbasovun adamı təhlükənin sovuşduğunu desə də…


27-08-2014, 12:14
İsmət Abbasovun adamı təhlükənin sovuşduğunu desə də…
DİA.AZ: - Keçən ilin 22 oktyabr tarixində kənd təsərrüfatı naziri postunu tərk edən İsmət Abbasov baş nazirin müavini təyin edilməsiylə, əslində sonradan ona qarşı elan oluna biləcək ittihamlardan yayına bildi. Amma onun adamları, onunla əlbir olaraq KTN sistemində büdcə pullarını talayanlar İsmət Abbasov qədərində şanslı olmadıqlarından, Heydər Əsədovun nazir postuna təyinatının ardından KTN-də ciddi təftiş start götürdü və həbslər belə həyata keçirildi.

DİA.AZ-a daxil olan informasiyalardan bəlli olur ki, təftiş günü bu gün də davam edir və bir sıra KTN-nin sabiq talançı dairələri də ciddi təhdid altındadır.

Onu da xatırladaq ki, zamanında İsmət Abbasovun «sağ əli» kimi tanınan nazirliyin «Aqrolizinq» ASC-sinə rəhbərlik etmiş Əli Bayramov da real olaraq həbs təlhükəsi yaşayır. Ona qarşı böyük yeyinti ittihamları var. Doğrudur, Əli Bayramov bu günlərdə mətbuata açıqlama verərək iddia etdi ki, guya, o, aydan arı, sudan durru imiş. Hətta guya vəzifə başında olarkən yeyintiyə yol verənləri belə özü aşkarlayıb, prokurorluq orqanlarına məlumat verirmiş.

Təbii ki, bütün bunlar «dövlətin malını yeyərlərmi» deyərək özünü təmizə çıxarmağa çalışan Əli Bayramovun yalançı maskirovkasından başqa bir şey deyildi.

DİA.AZ-a daxil olan son informasiyada qeyd olunur ki, Əli Bayramov hələ də fəaliyyəti təftiş olunduğundan özü ilə bağlı istənilən bir qərarın veriləcəyini ehtimal edir: «Bu qərar isə onun azadlığının məhdudlaşdırılması ilə də ehtiva oluna bilər».

Bildirək ki, bu arada redaksiyamızın elektron poçtuna Əli Bayramovun əlindəki böyük sərvətin - KTN-dən talanan pullar hesabına əldə olunmuş böyük sərvətin cüzi bir hissəsi ilə bağlı informasiya göndərilib. Həmin siyahını təqdim edirik:

1) «Vorovski»də və Bakının əlavə olaraq 4 istiqamətində hər birinin qiyməti 3-5 milyon manat arası dəyərdə ölçülən villalar

1)150 min azn-lik dəyərində olan «Lexus» markalı 90-EJ-202 dövlət nişanlı avtomaşın (həmən 3 milyonn azn lik «Vorovski» villasında saxlayır). Bu avtomaşını özü və öz oğlu sürürlər.

2) 20 hektar Xırdalan şəhərində ona məxsus ərazi.

3)100 hektar Sumqayıt şəhərin yanında şəxsən ona məxsus olan ərazi.

Hər halda, barəsində iddia olunanları danmağa çalışan Əli Bayramovun da hər bir mövqeyini dinləməyə hazırıq.

Geri qayıt