Əsas Səhifə > Gündəm, Manşet > Daha bir oliqarx məmur bank sektoruna nüfuz etməyə hazırlaşır

Daha bir oliqarx məmur bank sektoruna nüfuz etməyə hazırlaşır


7-08-2014, 10:59
Daha bir oliqarx məmur bank sektoruna nüfuz etməyə hazırlaşır
DİA.AZ: - Azərbaycanda daha bir bankın sahibləri əl dəyişdirir. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələr informasiya verib. Xatırladaq ki, bu günlərdə nəqliyyat naziri Ziya Məmmədovun tanınmış iş adamı Hafiz Məmmədovla ortaq bankı kimi tanınan «Bank of Azerbaijan» əl dəyişdirdi.

Məlumatlı mənbənin dia.az-a bildirdiyinə görə, olqirax məmurlardan biri kimi tanınan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri olan Kərəm Həsənov da bank sektoruna girməyə həvəslənib və bu barədə «yuxarıların» müvafiq icazəsini də alıb.

Mənbə iddia edir ki, Kərəm Həsənov kifayət qədər böyük sərvətə malikdir: «Onun nəzarəti altında 2 milyard manata yaxın sərvətin olduğu təxmin edilir. Və bu da imkan verir ki, Kərəm Həsənov həm də bank sektorunda təmsil olunsun. Və buna əsas olaraq siyasi hakimiyyətin icazəsi də verilib».

Dia.az-a daxil olan informasiyada qeyd olunur ki, amma Kərəm Həsənov yeni bank açmır: «O, hazırda fəaliyyətdə olan, amma Mərkəzi Bankın «qara siyahısına» düşən banklardan birini satın almağa hazırlaşır».

Qeyd edək ki, məlumatı verən qaynaq həmin bank barədə dolğun bilgi verməyib. Bizi izləməkdə davam edin. Əlavə informasiyalar olacaq…


Geri qayıt