Əsas Səhifə > Gündəm, Manşet > Cəbhədən şok xəbərlər: Azərbaycan ordusu ciddi nailiyyətlər əldə edib

Cəbhədən şok xəbərlər: Azərbaycan ordusu ciddi nailiyyətlər əldə edib


4-08-2014, 10:51
Cəbhədən şok xəbərlər: Azərbaycan ordusu ciddi nailiyyətlər əldə edib
DİA.AZ: - Cəbhə xəttində nə baş verir? Hər halda, bu gün Azərbaycan insanını narahat edəni də məhz budur. Amma maləsəf hələ də bir qaynaqdan və dəqiq informasiyaların alınması qeyri-mümkündür. Əvəzində yetərincə şaiyələr dolaşır. Və bu şaiyələr bəzən düşmənin maraqlarına xidmət etdiyindən biz KİV-lər də əldə etdiyimiz istənilən bir informasiyanı ciddi şəkildə təhlil etmək zorunda qalırıq.

Onu da bildirək ki, artıq mediada Azərbaycan ordusunun iki rayonumuzun mərkəzini - Fizuli və Ağdam rayon mərkəzlərini azad etməsi barədə informasiyalar yayılıb.

DİA.AZ bu barədə hərbi mənbələrə istinadən xəbər verir ki, həqiqətən də qeyd olunan istiqamətlərdə Azərbaycan ordusu irəliləyib və ciddi nailiyyətlər var. Mənbəmiz iddia edir ki, bu barədə bilgilər azad edilən ərazilərin əldə tutulmasının möhkəmləndirilməsindən sonra ictimaiyyətə açıqlanacaq. Çünki hələ də qızğın döyüşlər getdiyindən net informasiyanın ictimailəşdirilməsinin qarşısı alınır.

Məlumatlı mənbələrdən DİA.AZ-a daxil olan bir başqa məlumatda isə bildirilir ki, Azərbaycan ordusu hərbi əməliyyatlar zamanı 200-dən artıq ermənini öldürüb. Mənbəmiz onu da əlavə edib ki, artıq azad edilmiş ərazilərə mina təmizləyənlər də cəlb olunub.

Hər halda, bu xəbərlərin doğru olmasına ümid edirik…

Geri qayıt