Əsas Səhifə > Gündəm, Manşet > Qazaxda DYP əməkdaşı 2-ci qrup əlili nədən gözümçıxdıya salıb?

Qazaxda DYP əməkdaşı 2-ci qrup əlili nədən gözümçıxdıya salıb?


24-07-2014, 10:24
Qazaxda DYP əməkdaşı 2-ci qrup əlili nədən gözümçıxdıya salıb?
DİA.AZ: - Qazax rayon, Ağköynək kəndində yaşayan 2-ci qrup hərbi əlil, ehtiyatda olan gizir Mürşüdov Tural Müştab oğlu prezident İlham Əliyevəşikayət məktubu ünvanlayıb. Narazı vətəndaşın müraciətinin bir nüsxəsi də DİA.AZ-a daxil olub. O yazır:

“Hörmətli Prezident, cənab Ali Baş Komandan!

Məlumat üçün Sizə bildirmək istəyirəm ki, mən 7 il Azərbaycan Respublikasının müdafiəsi uğrunda bir çox hərbi hissələrdə, düşmənlə təmas ərazilərdə müxtəlif vəzifələrdə xidmət etmişəm. 2011-ci ildə xəstəliyimlə əlaqədar əmək qabiliyyətimi itirərək, əlil olmuşam. İşləyə bilməmişəm. Hal-hazırda yaşayış tərzim çox pisdir, ailəmi dolandıra bilmirəm. Atam rəhmətə gedib, himayəmdə iki azyaşlı uşaq, qoça anam və həyat yoldaşım var.

Bütün bunlara baxmayaraq, Qazax rayon yol polis müfətişi çavuş rütbəsində Bayramov Aydın adlı şəxs polis peşəsinə hörmətsizlik edərək, polisləri nüfüzdan salmaqla məşğuldur, belə ki Ali Baş Komandanın polis orqanları qarşısında qoyduğu tapşırığı yerinə yetirmir. Məndən bundan öncə müəyyən bəhanələrlə bir neçə dəfə qanunsuz olaraq maşınımı saxlayıb, 150 manatadək pulumu mənimsəyib, buna baxmayaraq 20.07.2014-cü il tarixdə yenə mən ailəmlə bacımgilə gedərkən, qanunsuz olaraq mənim maşınımı saxlayıb, sənədlərimi çıxardım, birinci əlillik vəsiqəmi çıxardım bu zaman kobudluq edərək, tutub əlimdən əlillik vəsiqəmi aldı, bu dəfə mən hərbi əlil məcbur qalıb, dözə bilməyib, Siz ölkə rəhbərliyinə müraciət edirəm, mənə kömək edəcəyinizə inanıram.

Onu da qeyd etmək istəyirəm ki, Əlilə belə münasibət olmaz, ümüdüm Sizədir cənab Prezident, mənə köməkdarlıq edin. Başqa ümüd yerim yoxdur.

Hörmətli Prezident, cənab Ali Baş Komandan !

Sizdən xahiş edirəm ki, 7 ildən çox hərbi xidmətimi, hərbi əlil olmağımı, əmək qabiliyətini itirməyimi, yaşayış tərzimin qeyri qənaətbəxş olmağımı nəzərə alaraq, mənə hörmətsizlik edən, qanun tələblərin icra etməyən Qazax rayon yol polis müfətişi çavuş rütbəsində Bayramov Aydın adlı şəxs barəsində ciddi tədbir görəsiniz, onu polis orqanlarının adına ləkə gətirdiyi üçün tez bir zamanda polis orqanlarından uzaqlaşdırılmasına müvafiq göstəriş verəsiniz. Bu kimi polis orqanlarının adına ləkə gətirənlərin belə şərəfli dövlət orqanında yeri yoxdur, yol polis müfətişi çavuş rütbəsində Bayramov Aydın adlı şəxs məni o qədər məcbur edib ki, Qazax rayonunda yaşamağıma maneçilik edir.

Azərbaycan Respublikasının bir keçmiş hərbiçisi və hərbi əlil olmağıma görə, Yuxarıda qeyd ediklərimi tam şəkildə nəzərə alıb mənə kömək edəcəyinizə inanıram”.

Qarşı tərəfi də dinləməyə hazırıq..

Geri qayıt