Əsas Səhifə > Gündəm, Manşet > Aydın Bəşirovun daha bir maxinasiyası üzə çıxdı

Aydın Bəşirovun daha bir maxinasiyası üzə çıxdı


22-07-2014, 09:28
Aydın Bəşirovun daha bir maxinasiyası üzə çıxdı
Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) elektron poçtuna daxil olan bir məktubu araşdırmaq qərarına gəldik. Öncə onu bildirək ki, məktubun müəllifi 25 il, yəni 1976-cı ildən 2001-ci ilədək Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gövdə-qaynaq sexində fəhlə işləyən Tofiq Məhərrəmovdur. Məktub müəllifi ilə telefon əlaqəsi saxlayaraq bəzi məsələlərə aydınlıq gətirməyə çalışdıq. Tofiq Məhərrəmov bildirdi ki, idarənin rəisi Aydın Bəşirovun qanunsuz əməllərinə etiraz olaraq həmişə səsimi qaldırmışam. Bu isə onun xoşuna gəlmirdi. Ona görə də mən məzuniyyətdə ola-ola məni ixtisara saldı. Hansı ki, mən məzuniyyətdə olduğum üçün buna qanun yol vermirdi. Əslində attestasiya öncəsi fəhlələrə kurs təşkil olunur və suallar müəyyən edilir. Mən məzuniyyətdə olmağıma baxmayaraq attestasiyada iştirak elədim və nəticə barəmdə bir-birinə zidd olan 3 protokol tərtib elədilər. Hətta bəzi komissiya üzvləri protokola imza atmaqdan imtina ediblər. Hər 3 protokol hazırda əlimdədir. Bütün bunlar azmış kimi məni işdən çıxardandan sonra mənim adıma böyük məbləğdə - 257974 manat pul yazaraq bir ustaya qol çəkdirib mənimsəyiblər. Və bir neçə ay sonra həmin ustanı da işdən çıxardıblar.
Tofiq Məhərrəmov onu da bildirdi ki, Aydın Bəşirovun səlahiyyətlərini əlindən alsalar da onun cinayətləri ortada qalır. Mən öz haqqımı tələb edirəm. Həm də maraqlıdır ki, nə üçün mühasibatlıq sənədlərini tez-tez yandırırlar? Mən müvafiq dövlət qurumlarına, ölkə başçısına müraciət edirəm ki, mənim hüquqlarım bərpa olunsun və idarədə baş vermiş cinayət əməlləri araşdırılsın.
Biz xəbər agentliyi olaraq Tofiq Məhərrəmovun müraciətini olduğu kimi dərc edirik. Qoy, dövlət qurumları vətəndaşın problemlərini araşdırsın.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarına,
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri
cənab Rauf Vəliyevə
Bakı şəhəri ,H. Cavid pr-ti , 577 – ci məhəllə , ev 87,mənzil 325 ünvanda yaşayan, Məhərrəmov Tofiq Xanlar oğlu tərəfindən
“ Cinayət Məcəlləsi 179 . Mənimsəmə və ya İsrafetmə “ barədə və
“ Cinayət Məcəlləsi 313 maddə . Vəzifə Saxtakarlığı barədə “
Ə R İ Z Ə
“Hörmətli Rauf müəllim !
Sizin birinci müavininiz hörmətli Muxtar Axundov cənablarının imzası ilə göndərilmiş “ 04 “ 07. 2014 il tarixli , № 02/ MM06 - 822 MA saylı cavab məktubunu 20 iyul 2014 – cü ildə aldım . Cavab məktubunda qeyd etdiyim (3) üç variantdan ibarət saxtakarlıqla hazırlanmış protokollar barəsində qaldırdığım məsələyə niyə toxunulmur,bu heç dilə gətirilmir?
Xüsusi Qeyd ; Bir daha diqqətinizə çatdırıb bildirirəm ki, ayrı – ayrı vaxtlarda mənə ( 3 ) üç variantdan ibarət protokollar veriblər,mənə verilmiş bu üç variantdan ibarət hazırlanmış protokollardan hansının doğru – hansının saxtakarlıqla hazırlandığını bildirməyinizi xahiş edirəm .
İkincisi ; Cavab məktubunuzda mənimsəmə və israfetmə məsələsinədə toxunulmayıb, sanki bu ərizəmdə qeyd olunmayıb.
Diqqətinizə bir daha çatdırıram ki , işlədiyim dövrdə işlədiyim 9 gün “adqul” pulunu (o dövrün 75 manatını) mənimsəmişdilər .
Üçüncü ;“vedemostda” olan son aylıq əmək haqqımın qabağında qol çəkib mənə məxsus olan pulumun qabağında qol çəkib mənimsəyiblər. Zavod direktorunun rəsmi bildirdiyi həmin ayın 556 və 584 saylı ödəniş cədvəllərinə əsasən müvafiq olaraq 257974 manat və 218472 manat pulun kimin alması və həmin pulun qabağında kimin qol çəkib mənimsəməsini araşdırıb prokurorluğa bildirməyinizi xahiş edirəm.
İnanıram ki ,Siz də Ulu Öndərimizin davamçısı kimi ,Ulu öndərimizin ədalət yolunu davam etdirərək bu işə ədalətli baxıb və pulumu mənimsəyənləri prokurora bildirəcəksiniz .
Mənim vedomostda olan sonuncu aylıq əmək haqqım olan pulum və işlədiyim 9 gün “adqul” pulum da mənimsənilmişdir . Və məni attestasiya adı ilə qərəzli olaraq, nəyin bahasına olursa - olsun işimdən azad etdirərək , 3 ( üç ) variantdan ibarət saxtakarlıqla PROTOKOLLAR tərtib etmişdilər .
Amma bunun araşdırılmasına Xəzər Dəniz Gəmiçiliyinin Rəisi Aydın Bəşirov şəxsən özü imkan vermirdi. İndi həmin işin araşdırılmasına şərait yaradılıb .

Aydın Bəşirovun daha bir maxinasiyası üzə çıxdı

3 (Üç )variantdan ibarət saxtakarlıqla hazırlanmış protokollar əsas verir ki, prokurorluq orqanları
Cinayət Məcəlləsinin 313 maddəsi ilə “Vəzifə Saxtakarlığı “ və Cinayət Məcəlləsinin 179–cu maddəsi ilə Mənimsəmə və ya İsrafetmə işi üzrə cinayət işi qaldırılsın.

Cinayət Prosessual Məcəllənin 207 – ci maddəsi əsasında cinayət işinin başlanması barədə Q Ə R A R - ın verilməsini prokurorluq orqanlarının diqqətlərinə çatdırılmasına göstəriş verməyinizi və köməklk göstərməyinizi və bu məsələni öz nəzarətinizdə saxlamağınızı Sizdən artıq dərəcədə xahiş edirəm . Ümüdüm yalnız Sizə qalıb”.
Məhərrəmov Tofiq Xanlar oğlu
21iyul 2014–cü il
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq

Geri qayıt