Əsas Səhifə > Gündəm, Manşet > Astaranınn icra başçısı ziyarətgah biznesinə girişib

Astaranınn icra başçısı ziyarətgah biznesinə girişib


21-07-2014, 10:10
Astaranınn icra başçısı ziyarətgah biznesinə girişib
DİA.AZ: - Atalar yaxşı deyib, pul pul gətirər. Bəlkə də ona görədir ki, əlində imkanı olanları bu imkanlarını daha da artırmağı məqsəd edirlər. Onların sırasında Astara rayon İcra Hakimiyyətinin başçısı da var. Bu barədə DİA.AZ-a maraqlı informasiya da daxil olub. Məlumatlı mənbə iddia edir ki, Qəzənfər Ağayevin özünə yeni biznes qurub. İcra başçısı bu dəfə Naxçıvana turlar təşkil edir və Əshabi Kəhf ziyarətgahına ziyarətçilər göndərir. Özü də məcburi.

Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir ki, icra başçısı bu addımı bir aya yaxındır atmağa başlayıb. Avtobusla təşkil olunan turlar isə 7 həftə çəkir və bunun üçün təkcə nəqliyyat xərci olaraq 100 manat alınır. Naxçıvanda qalmaq, yemək xərcləri isə şəxslərin özünə aiddir.

Qeyd olunur ki, həftədə bir dəfə təşkil olunan turlara isə icra başçısının müavini və təlimatçısı rəhbərlik edirlər. İlk olaraq büdcə təşkilatlarında işləyənlərin ora göndərildiyi deyilir. Ardından isə digərlərinin yola salınması nəzərdə tutulub.

Geri qayıt