Əsas Səhifə > Gündəm, Manşet > Mərdan Camalovdan hakimiyyəti qəzəbləndirəcək ilginc xəbər

Mərdan Camalovdan hakimiyyəti qəzəbləndirəcək ilginc xəbər


9-07-2014, 12:42
Mərdan Camalovdan hakimiyyəti qəzəbləndirəcək ilginc xəbər
Bəzi dövlət adamları üçün müəyyən dəyərlər, xüsusilə dövlətçilik tariximizdə müstəsna xidmətləri olmuş Heydər Əliyevin xatirəsi yaxşı pul gətirən biznesə çevrilib.

Hər halda Şirvandan İnfom.az-a daxil olan məlumatlar bu cür düşünməyə əsas verir.

Məlumatda bildirlir ki, hər il olduğu kim bu il də şəhərin abadlığına xeyli vəsait ayrılıb. Təhlükəsizlik naminə adını açqlamadığmız mənbənin söylədiyinə görə şəhərdə sünü gözəllik yaradanlar pul silmək xətrinə, artıq üçüncü dəfədir ki, H. Əliyev parkına üst-üstə metlaq döşəyiblr.

Sanki bu işbazlar gözdən pərda asmaq naminə başqa yer tapa bilmir, eyni məkanda lövbər salıb baş girələyir, oranı buranı əhəngləməklə günlərini keçirirlər.

Bu da istər-istəməz əhali arasında müəyyən suallara yol açır-axı, eyni yeri nə qədər təmir etmək olar?

Şirvan şəhəri mahiyyət etibarilə “çevir tatı, vur tatı” fəlsəfəsinə əasalanan abadlıq prinsipinin özünəməxsus qaydaları var.

Adları şəhərin abadlaşdırılmasında çəkilən şirkətlər tenderdə iştirak edib onu udmaq üçün ayrlacaq vəsaitin 30 faizini bəri başdan bu işi “düzüb-qoşanlara” (yəni icra başçısına yaxın olanlara) verməlidirlər.

Digər 30 faiz ustalara, fəhlələrə və materiallara xərclənir. Təmir üçün ayrılan vəsaitin qalan hissəsi isə sahibkarların cibinə axır.

Qeyd olunan iddiaları araşdırmaq o qədər də çətin deyil.

Misal üçün bu il Şirvan şəhərində abadlıq işləri aparmaq adı altında əməliyatlarında iştirak edən şirkətlərdən “Qarant texservis MMC”-ə 117000, “Məmməd Firması MMC”-ə 113000, “NR MMC”-ə isə 119000 manat vəsait ayrılıb. Ümumilikdə götürdükdə bu məbləğ 349 000 manat edər.

Hardasa yarım milyon dollara yaxın vəsait hesabına isə demək olar ki, gözə görünən heç bir iş görülmür, pullar sadəcə Heydər Əliyev parkının lüzumsuz təmirinə və göz önündə olan ətrafa xərclənir və dolayısıyla dəfələrlə təmirə dayandırılan park və mərəz onu ziyarət etmək istəyən vətəndaşların da üzünə bağlanır.

İstər-istəməz ortaya bu cür suallar çıxır; Şirvan rayon rəhbərliyinin Heydər Əliyev sevgisi budurmu? Olmaya, ulu öndərin adını daşıyan parkın və yaxud mərkəzin təmir adıyla xalqın üzünə bağlanması bu sevginin yaratdığı qısqanclıqdan irəli gəlir?

Əgər belədirsə qısa zaman ərzində parka üç dəfə metlax döşənməsinə nə ad vermək olar?

Ən əsası isə görülən ilk iki iş qaneedici deyildisə, niyə bunun hesabı sorulmur, parkın və yaxudda şəhər ətrafı yerlərin yenidən təmiri yenə həmin firmalara həvalə edilir?

Ümidvarıq ki, Şirvan şəhər rəhbərliyi İnfom.az saytının beynini qarışdıran bu suallara aydınlıq gətirər və biz də onların verdiyi cavabları dəyərli oxucularımızla bölüşərik.

Əks təqdirdə yəqin ki, Şirvan əhalisi kimi bizi də narahat edən bu müəmmalara daha yüksək instansiyalardan cavab verənlər tapılacaq. Hər halda bu da bizim ümidlərimiz arasındadır.

P.S: Sözsüz ki, bağban öz becərdiyi ağacın barını yeməlidir, amma meyvə dərmək üçün çıxdığı budağı kəsməmək şərtiylə…

Geri qayıt