Əsas Səhifə > Gündəm, Manşet > Arzu Rəhimovun adamı 30-a yaxın xəstə çağırışçını nədən orduya cəlb edib?

Arzu Rəhimovun adamı 30-a yaxın xəstə çağırışçını nədən orduya cəlb edib?


5-07-2014, 10:31
Arzu Rəhimovun adamı 30-a yaxın xəstə çağırışçını nədən orduya cəlb edib?
DİA.AZ: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsilə bağlı redaksiyamıza şikayətçi düşən bir qrup valideyn DİA.AZ-a bildirir ki, bu gün Salyanın hərbi komissarı Tural Məmmədov rəsmən orduya xəstə,sağlamlığı yerində olmayan çağırışçıalrı cəlb etməkdədir. Bunun isə acı fəsadlarını birzlər görürük. Hətta çağırış sisteminə müdaxilə imkanı olmayan Müdafiə Naziri Zakir Həsənov çarəsiz qalaraq, hərbi komissarların yolladığı xəstələrlə bağlı da davamlı tədbirlər keçirmək zorunda qalıb.

Amma bunun nazirimizdə alınacağı şübhəlidir. Ən azından ona görə ki, hələ də Arzu Rəhimovun şəbəkəsi fəaliyyətdədir və bu şəbəkə pula görə, hətta əlili belə orduya cəlb etməyə hazırdır.

Dia.az-a müraciət edən Salyan sakinləri iddia edirlər ki, konkret olaraq onların rayonlarının hərbi komissarı Tural Məmmədov bu gün rəsmən bazar açıb: “6 aylıq möhləti 1500 manata satır. Əvəzində isə sağlamlıq durumu yerində olmayan 30-a yaxın çağırışçı orduya cəlb olunub. Amma inanmırıq ki, orduda onları saxlayalar. Yəqin ki, 10-15 günə geri qaytarılarlar. Zakir Həsənov onlara yiyə durmayacaq. Çünki onların arasında hətta gözdən əlil olanı da var”.

Qeyd edək ki, ən çox şikayət olunan sahələrdən biri Hərbi Komissarıqda çağırışçıların sağlamlığını yoxlayan komissiya ilə bağlıdır. Şikayətçilər bildirilər ki, Salyanda demək olar ki, hər bir 4 çağırışçıdan biri xidmətə yararsız hesab olunub. Onlardan bir qismi birdəfəlik xidmətə yararsız hesab olunaraq hərbi bilet alıblar. Digər bir qismi isə mütamadi olaraq Komissiyanı «görmək» zorundadırlar. Hər şeyin qiyməti isə bəllidir. Şikayətçinin sözlərinə görə, bunun müqabilində doğurdan xəstə olan yeniyetmələri əsgəri xidmətə aparırlar. Tutaq ki, bir şikayətçi bildirir ki, onun oğlunun gözlərində ciddi problem vardı və qanuna görə oğlu hərbi xidmətə aparıla bilməzdi. Buna baxmayaraq onun oğlunu hərbi xidmətə aparıblar. Şikayətçi bildirir ki, əgər Salyan Rayon Hərbi Komissarlığında yoxlanış aparılarsa, burda kütləvi həbslər qaçınılmaz olacaq.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt