Əsas Səhifə > Gündəm, Manşet > Rəqibləri iki sabiq nazirin peşini hələ də buraxmayıblar

Rəqibləri iki sabiq nazirin peşini hələ də buraxmayıblar


9-06-2014, 10:30
Rəqibləri iki sabiq nazirin peşini hələ də buraxmayıblar
DİA.AZ: - Keçən ilin 22 oktyabr tarixində prezidentin müvafiq qərarı ilə təsdiqlənən Nazirlər Kabinetinin yeni heyətindən kənarda qalan iki sabiq nazir - keçmiş müdafiə naziri Səfər Əbiyev və keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov ətrafında çox ciddi oyunların getdiyi şübhəsizdir. Bunu elə mətbuatda yaradılan təəssüratlardan da sezmək olar ki, rəqibləri hər iki nazirin görəvdən alınması ilə yetinməyərək, hətta onların həbsinə belə müvəffəq olmağa çalışırlar.

Bununla bağlı DİA.AZ-a mötəbər mənbələr tərəfindən ötürülən informasiyada qeyd olunur ki, konkret olaraq Səfər Əbiyevin həbsinin mümkünlüyü istisna edilmir: «Çünki neçə müddətdir ki, orduda bir sıra həbslər həyata keçirilməkdədir və artıq istintaq orqanlarının əlində Səfər Əbiyevi həbsə atacaq yetərincə dəlillər, ifadələr, izahatlar var».

Mənbəmiz bildirir ki, eyni qaydada Fizuli Ələkbərov da təqibdədir: «Onun əlindəki iqtisadi rıçaqlar, hələ nazir olmamışdan qabaq qurduğu biznesi belə rəqib cinahın hədəfindədir və keçmiş nazirə dəfələrlə dolayı yollarla işarə edilib ki, onların Azərbaycandakı biznes fəaliyyətləri nəinki çiçəklənməyəcək, hətta geriyə doğru yön götürəcək».


Geri qayıt