Əsas Səhifə > Gündəm, Manşet > Mikayıl Cabbarov haqqında şok iddia səsləndi – Təhsil Naziri yeyintini ört-basdır etmək üçün HP-dən istifadə edir

Mikayıl Cabbarov haqqında şok iddia səsləndi – Təhsil Naziri yeyintini ört-basdır etmək üçün HP-dən istifadə edir


21-05-2014, 09:12
Mikayıl Cabbarov haqqında şok iddia səsləndi – Təhsil Naziri yeyintini ört-basdır etmək üçün HP-dən istifadə edir
DİA.AZ: - Redaksiyamıza təhsil nazirliyi daxilində cərəyan edən oyunlarla bağlı ilginc ittihamların yer aldığı məqalə daxil olub. DİA.AZ olaraq bəri başdan məqalə ilə əlaqədar bütün maraqlı tərəflərin də mövqelərini işıqlandırmağa hazır olduğumuzu bəyan edərək, onu oxucularımıza təqdim edirik. Qeyd edək ki, məqalə müəllifi özünün hazırda nazirlikdə çalışdığını iddia edir:

“Mikayıl Cabbarov tərəfindən çox ögey münasibət göstərilir bizə - köhnə kadrlara... Sanki bu nazirlikdə yad bir adam kimi çalışırıq, nazir özü ilə gətirdiyi kadrlara doğma münasibət bəsləyərək bizimlə çox hörmətsiz davranır. Fikirlərimiz, təkliflərimiz eşidilmir, rəylərimiz nəzərə alınmır. Nazirliyin aparatının onlarca əməkdaşın adından bildirirəm ki, Sizin Təhsil Nazirliyin Mikayıl Cabbarov dövründəki bir illik fəaliyyətinin Hesablama Palatası tərəfindən yoxlanılması barədə məlumatınızla tanış olduq. Məsələ heç də Sizin qeyd etdiyiniz kimi deyil. Bu məsələ Mikayıl Cabbarov tərəfindən qabaqcadan planlaşdırılmış bir məsələdir.

Əslində Mikayıl Cabbarov bu bir il ərzində dövlətdən təhsilə ayrılan vəsaitin 50%-dən çoxunu özü mənimsəmişdir. Bunu deməyə bizə əsas verən odur ki, dövlət vəsaiti heç bir təhsil müəssisəsinə ayrılmamış şəxsən onun öz imzası ilə xərcləmişdir. Dövlət vəsaiti heç bir tender keçirilmədən satınalmalar haqqında qanunun müddəalarına zidd olaraq, heç bir maddi-texniki bazası, iş təcrübəsi olmayan, ayrı-ayrı firmalarla müqavilələr bağlanaraq vəsaitlər banklarda nəğdləşdirilərək, çox hissəsi Mikayıl Cabbarov tərəfindən mənimsənilmiş az bir hissəsinə də təhsil müəssisəslərinə lazım olmayan əşyalar, inventarlar avadanlıqlar və digər vəsaitlərə verilmişdir.

Eyni zamanda həmin vəsaitlər, inventarlar, materiallar verilərkən, heç bir təhsil müəssisəsinin təlabatı, rəyi və fikri nəzərə alınmamış, bu zamanda heç bir sənəd tərtib olunmadan təhsil müəssisələrinə göndərilmişdir. Həmin vəsaitlərin hal-hazırda da istifadəsiz və gərəksiz qalmasınında şahidi olmaq olar.

Əslində indiki şəraitdə Təhsil Nazirliyi qarşısında duran əsas vəzifə təhsil xərclərinin aparılamsı ilə məşğul olmaq deyil, təhsilin əsas pillələri, yeni təhsil startegiyasına uyğun tədbirlərin həyata keçirilməsi, təhsilin dövlət standartlarının hazırlanması, dövlət tərəfindən təhsilin qarşısında qoyulan əsas məsələlərin yerlərdə həyata keçirilməsinə nəzarət və s. bu kimi qlobal məsələlərlə məşğul olmaqdan ibarət olmalıdır. Lakin Mikayıl Cabbarov bu dövr ərzində təhsil müəssisələrinin rəhbərlərinin maliyyə sahəsindəki səlahiyyətlərini əlindən alaraq, Təhsil Nazirliyinə aid olmayan işlərlə məşğul olmuşdur. Odur ki, bu bir il ərzində etdiyi qanunsuz əməllərin ört-basdır olunması məqsədi ilə şəxsən Hesablama Palatsının rəhbərliyi ilə danışıqlar apararaq işlədiyi bu bir il ərzində ki, dövrü yoxlatdırmaq qərarına gəlmişdir.

Əslində bu gələcəkdə ölkə rəhbərliyi tərəfindən onun haqqında deyilə biləcək mənfi fikirlərin qarşısını qabaqcadan alınması məqsədini daşımışdır.

Mikayıl Cabbarov təhsil müəssisə rəhbərlərinin səlahiyyətləini əlindən almaqla kifayyətlənməyərək qanunları pozaraq təhsil sisteminin informasiyalaşdırlması idarəsinə aid olan səlahiyyətlərini də əlindən almışdır. Belə ki, idarə müstəqil maliyyə fəaliyyəti göstərməli olduğu halda Cabbarov həmin idarənin də səlahiyyətlərini əlindən almış, İKT-yə aid olan xərcləri də şəxsən özü idarə edir. Əgər bu belədirsə, onda belə bir qurumun ayrıca fəaliyyət göstərməsinə ehtiyac varmı?

O ki qaldı guya Mikayıl Cabbarov süpürgə pulunun məktəblərdə qarşısının alınmasına nail olunması məsələsinə... bu, heç də belə deyildir. Məktəblərdə yenədə pul yığılır, lakin bircə o həmin pul Mikayıl Cabbarova verilmir. Təhsilin idarə olunmasında isə Mikayıl Cabbarovun keçmiş nazir Misir Mərdanovla heç vaxt müqayisə etmək olmaz. Misir Mərdanov təhsilin ali pilləsi olan ali məktəbdə ən aşağı vəzifə labarantlıqdan rektora qədər yüksəlmiş, nazirlikdə isə şöbə müdiri, nazir müavini vəzifəsindən nazir vəzifəsinə qədər yüksəlmişdir. Yəni Misir Mərdanov təhsili kökündən bilən bir dəyərli pedaqoq və dövlət xadimidir.

Mikayıl Cabbarov isə heç bir elmi dərəcəsi və elmi adı olmayan bir gün də olsa pedaqoji fəaliyyətlə məşğul olmayan bir ali məktəb məzunudur. Bu günləri Mikayıl Cabbarovun səviyyəsi nəinki hər hansı bir ali məktəbin rektorunun səviyyəsinə uyğundur, heç hər hansı bir kollecin direktorunun səviyyəsinə də uyğun deyildir. Əslində onun səviyyəsi hər hansı bir peşə məktəbin direktorun səviyyəsinə bərabər ola bilər. Mikayıl Cabbarov səviyyəsində bir nazir ali məktəb rektorları ilə görüşüb təhsilin hər hansı bir məsələsinin müzakirə etməsi iqtidarında deyildir. Ümid edirik ki ölkə rəhbərliyi yaxın zamanlarda Mikayıl Cabbarovun səriştəsiz bir nazir olacağının şahidi olacaqdır.

Təhsil sisteminə bələdçiliyi olmadığından bu sistemin onurğa sütununu bilmədiyindən təhsilin daha səmərəli idarə olunmasına hardan və nədən başlamasını bilmir. Fikrimizcə Təhsil Nazirliyində onun əsas məqsədi təhsildə müəyyən islahatların aparılması yox, təhsilə ayrılan bütün vəsaitin xərclənməsinin, özü tərəfindən həyata keçirilməsi, imkan olduqca dövlət tərəfindən təhsilə ayrılan vəsaitlərin həcminin daha çox artırılmasına nail olmaq və bu yollarla da daha çox sərvət toplamaqdan ibarətdir.

Hörmətli Dia.az, bir sözlə, Mikayıl Cabbarov süpürgə pulu adı ilə məktəblərdə yığılan pulların hesabına varlanmağı yox, əvəzində dövlətdən təhsilə ayrılan pulların mənimsənilməsi variantına üstünlük vermişdir”.

Geri qayıt