Əsas Səhifə > Gündəm, Manşet > Ziya Məmmədov Fərhad Əliyevin aqibətini yaşamaq zorunda qalıb - İllər əvvəl o talayırdı, indi onu talayırlar

Ziya Məmmədov Fərhad Əliyevin aqibətini yaşamaq zorunda qalıb - İllər əvvəl o talayırdı, indi onu talayırlar


16-05-2014, 10:55
Ziya Məmmədov Fərhad Əliyevin aqibətini yaşamaq zorunda qalıb - İllər əvvəl o talayırdı, indi onu talayırlar
DİA.AZ: - Hakimiyyət daxilində dəngələr yenidən dəyişməkdədir. Artıq qurtuluş axtarışına çıxan nəqliyyat naziri Ziya Məmmədov əlində olan sərvətini paylaşmaq məcburiyyətində qalıb. Bu barədə DİA.AZ-ı bilgiləndirən məlumatlı mənbənin iddialarına görə, hazırda Ziya Məmmədova aid bir sıra strukturların əl dəyişdirməsi prosesi gedir.

Belə ki, artıq «Bank of Azerbaijan»la bağlı müəyyən dəyişikliklərin getdiyi bildirilir. Bu barədə dia.az-a daxil olan informasiyaya görə, Ziya Məmmədov bankdakı payından imtina etmək zorunda qalıb.

Mənbənin söylədikləri: «Neçə müddətdir ki, «Bank of Azerbaijan»la bağlı müəyyən informasiyalar dövriyyəyə buraxılıb. Amma bank fəaliyyətini dayandırmayacaq. Sadəcə olaraq əldəyişdirmə prosesi gedir».

Mənbə bildirir ki, eyni zamanda Ziya Məmmədovun digər gəlirli sahələrdən də sıxışdırılıb çıxarılması planlaşdırılır: «Artıq bununla bağlı müəyyən tədarüklər görülür. Yaxın günlərdə səs-sədası eşidiləcək».

Onu da bildirək ki, bütün bu proseslərin sonu olaraq Ziya Məmmədovun vəzifədən alınacağı gözlənilir. Sadəcə olaraq NN şefi əlindəki imkanları verməklə gələcəkdə hansısa formada ittiham hədəfi olmaqdan sığortalanır.

Xatırladaq ki, bir zamanlar keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev həbs olunarkən Ziya Məmmədov da Fərhad Əliyevə məxsus «Prestij» qızıl dükanlarının talanmasında iştirak edən tərəflərdən biri kimi diqqətə gəlmişdi. İndi isə eyni aqibətiyaşamalı olub…

Geri qayıt