Əsas Səhifə > Gündəm, Manşet > İcra başçısı Sabirabad rayonunu BÖYÜK GÖLƏ çevirmək fikrindədir? – Sakinlər həyəcan təbili çalır

İcra başçısı Sabirabad rayonunu BÖYÜK GÖLƏ çevirmək fikrindədir? – Sakinlər həyəcan təbili çalır


28-04-2014, 09:11
İcra başçısı Sabirabad rayonunu BÖYÜK GÖLƏ çevirmək fikrindədir? – Sakinlər həyəcan təbili çalır
DİA.AZ: - Redaksiyamıza müraciət edən Sabirabad rayon sakinlərinin dərdi torpaq dərdidir. Bildirək ki, vaxtilə Sabirabad respublikamızın ən iri kənd təsərrüfatı rayonlarından biridir. Yaxın keçmişə nəzər salsaq, görərik ki, rayonumuz pambıq və taxıl istehsalında qazandığı uğurlara görə respublikada həmişə öndə olub.

O vaxtlar əldə edilmiş yüksək göstəricilərə görə 5 nəfər kənd təsərrüfatı işçisi keçmiş SSRİ-nin ən nüfuzlu ordenini almaqla Sosialist Əməyi Qəhrəmanı adına laiq görülüblər. 1996-cı ildə aparılan torpaq islahatı nəticəsində rayonda mövcud olmuş 45 kolxoz təsərrüfatı ləğv edildi. Onlara məxsus torpaq və əmlak payçılar arasında bölüşdürüldü.

Rayonun ümumi ərazisi isə aşağıdakı mülkiyyət növləri üzrə belə bölünüb: Dövlət mülkiyyətinə- 32543 hektar,bələdiyyə mülkiyyətinə - 58619 hektar,xüsusi mülkiyyətə - 55749 hektar. Torpaq islahatı nəticəsində 102 583 nəfərə, yəni 23 763 ailəyə cəmi 45266 hektar torpaq sahəsi pay şəkilində verilib. Hər bir nəfərə 0,44 ha torpaq sahəsi ayrılib. Əhalini narahat edən əsas problem isə rayon üzrə örüş üçün ayrılmış 41 863 ha sahə ilə bağlıdır. Örüş sahəsinin 12 828 hektarı qış otlağıdır.

DİA.AZ-a şikayət edən rayon sakinləri bildirir ki, icra başçısı Nazim İsmayılovun göstərişi ilə bu gün rayondakı əksər əkinə yararlı torpaqlar balıq yetişdirən göllərə çevrilib. Sakinlər dia.az-a yazırlar:

İcra başçısı Sabirabad rayonunu BÖYÜK GÖLƏ çevirmək fikrindədir? – Sakinlər həyəcan təbili çalır

“Bu ərazi dövlət fonduna aid torpaqlarla birlikdə rayonun bəzi işbazları arasında bölüşdürülərək təyinatdan kənar istifadə olunur. Nazim İsmayılov sanki kənd təsərrüfatının qənimidir. Narazılıqların böyüməsinə bir səbəb də həmin ərazilərdə qanunsuz balıq göllərinin yaradılmasıdır ki, bunun nəticəsində qrunt suları yer səthinə qalxır və göllərə bitişik torpaqlar şoranlaşır.

Başverənlərlə bağlı kənd sakinləri müxtəlif görüşlərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova və onun aqrar məsələlər üzrə müavini Heydər Yaqubova dəfələrlə müraciət ediblər, amma nəticəsi olmayıb”.

Sakinlır bildirir ki, əgər belə davam edərsə Nazim İsmayılovun tamahı Sabirabadın tmamını böyük gölə çevirəcək.

Qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt