Əsas Səhifə > Gündəm, Manşet > 21 milyon manatlıq korrupsiya faktı iri ranqlı məmurumuzu bitirir

21 milyon manatlıq korrupsiya faktı iri ranqlı məmurumuzu bitirir


25-04-2014, 10:13
21 milyon manatlıq korrupsiya faktı iri ranqlı məmurumuzu bitirir
DİA.AZ: - Hakimiyyət daxilində yeni bir gərginlik müşahidə olunur. Əslində tərəflər arasında çəkişmə xeyli müddətdir ki, hökm sürür. Amma burada diqqət çəkəni tərəflərdən birinin əks cinahla bağlı ilginc qərara nail olmasıdır.

«Antikorrupsiya həbsləri davam edəcək və «yuxarılara» doğru daha da irəliləyəcək». Bu şok məlumatı DİA.AZ-a Nazirlər Kabinetindəki məlumatlı mənbə verib. Əvvəlki həbsləri xatırladan mənbəmiz bildirdi ki, bu dəfə həyata keçirilən həbslər yuxarı eşalonu əhatə edəcək:

«Söhbət ciddi korrupsiya faktlarından gedir. Bu vaxta qədər daha çox konkret rüşvətin alınması ilə əməliyyatlar qurulubsa, bu dəfə korrupsiya faktı üzrə hərəkətə keçiləcək və bir neçə iri ranqlı məmurun həbsi ehtimalı yüksəkdir. Bu da ki iqtidar daxilindəki rəqavətin təzahürüdür. Cinahlardan biri digərilə bağlı ciddi faktları birbaşa olaraq birincinin masasına qoyub».

Mənbəmiz bildirdi ki, söhbət təxminən 21 milyon manata yaxın büdcə pulunun mənimsənilməsindən gedir: «Bu fakt araşdırılır. Ciddi vəzifə sahibi olan adlar var ortada. Odur ki, qərar birdəfəlik verilə bilməz».

Geri qayıt