Əsas Səhifə > Gündəm, Manşet > İcra başçıları özlərini yığışdırmaq zorundadırlar – Ən pisləri müəyyən etmək üçün məxfi sorğu keçirilir

İcra başçıları özlərini yığışdırmaq zorundadırlar – Ən pisləri müəyyən etmək üçün məxfi sorğu keçirilir


23-04-2014, 10:18
İcra başçıları özlərini yığışdırmaq zorundadırlar – Ən pisləri müəyyən etmək üçün məxfi sorğu keçirilir
DİA.AZ: - Hakimiyyət bir neçə rayonun rəhbəri ilə bağlı qərar verməyə hazırlaşır. Bu barədə DİA.AZ-a hökumət içindəki mötəbər mənbələr xəbər ötürüb. Məlumatda deyilir ki, amma nəzərdə tutulan dəyişiklər daha çox işinin öhdəsindən gələ bilməyən icra başçılarını əhatə edəcək.

Mötəbər mənbənin bildirdiyinə görə, bölgə insanlarının narazılığına səbəb olan, hakimiyyətə qarşı etirazlar yaradan icra başçılarının müəyyənləşdirilməsi üçün iqtidar tərəfindən məxfi sorğuların keçirilməsi də planlaşdırılır:

«Əslində bu kimi sorğular zaman-zaman keçirilib. Amma bu dəfə konkret məqsəd var. Sorğular məxfi həyata keçiriləcək və sorğu nəticəsində daha çox narazılığa səbəb olan icra başçıları ilə bağlı «yuxarı» instansiyalar tərəfindən daha operativ tədbirlər görüləcək».

Mənbəmiz əlavə etdi ki, sorğular bütün Azərbaycanı əhatə edəcək.

Geri qayıt