Əsas Səhifə > Gündəm, Manşet > Ziya Məmmədova yaxın olan Hafiz Məmmədov Azərbaycanı birdəfəlik tərk edir

Ziya Məmmədova yaxın olan Hafiz Məmmədov Azərbaycanı birdəfəlik tərk edir


22-04-2014, 09:34
Ziya Məmmədova yaxın olan Hafiz Məmmədov Azərbaycanı birdəfəlik tərk edir
DİA.AZ: - Nəqliyyat naziri Ziya Məmmədovun yaxın dostu «Hafka» kimi tanınan iş adamı Hafiz Məmmədov Azərbaycandakı futbol klubunu pula sınağa çəkməkdədir. DİA.AZ-a klubdakı mənbələrdən daxil olan informasiyada qeyd olunur ki, hətta vəziyyət o həddə çatıb ki, «Bakı» klubu ümumiyyətlə, çempionatda iştirakını dayandırsın.

Hər halda, kimsə «Atletiko-Madrid», «Lans» kimi klublara milyonları səpələyən Hafkanın müflis olduğunu iddia edə bilməz. Yəni əslində sözügedən komandaların bir oyunçusuna xərclənən pul yetərlidir ki, «Bakı» klubunun köklü problemləri həll olunsun. Deməli məsələ, Hafkanın müflisləşməsində deyil. Elə dia.az-a ötürülən informasiyalardan da anlaşılanı budur.

Ziya Məmmədova yaxın olan Hafiz Məmmədov Azərbaycanı birdəfəlik tərk edir

Xatırladaq ki, son oyunda da “Bakı” klubu «İnter»ə böyük hesabla məğlub oldu. Bu məğlubiyyət isə yerli mətbuatımız tərəfindən birbaşa olaraq maddiyyatla əlaqələndirildi və bildirilirdi ki, pulunu “Atletiko”ya, “Lans”a xərcləyən prezident Hafiz Məmmədov “zolaqlılar”a çox biganədi. Futbolçuların əməkhaqqısı bir yana, paytaxt klubu hətta bazanın kommunal xərclərini də ödəyə bilmir. Elə bu səbəbdəndi ki, “İnter”lə oyunda borc üzündən işığı kəsilən stadionun tablosu da işləmirdi.

Ziya Məmmədova yaxın olan Hafiz Məmmədov Azərbaycanı birdəfəlik tərk edir

Baş məşqçi Milinko Pantiç də oyundan sonra keçirdiyi mətbuat konfransında məhz bu amili qabardıb tablonun işləməməsinin problemlərin vizit vərəqi olduğunu dedi: "Bu cür məğlubiyyətdən (0:4) sonra nə demək olar? Mənə qalan "İnter"i təbrik etməkdi, ədalətli qələbə qazandılar. Bu gün bəzi futbolçular meydanda öz bacarıqlarını göstərdi. Bəzi şeylər var ki, futbola aid olmayan amillər diqqət çəkir. Bunlar da futbolçulara pis təsir edir, bacarmırlar. Məğlubiyyətin əsas günahkarı mənəm. Bizim reallığımız budu. Komandam bu il yaxşı oyun göstərib. İyundan bu yana bir hucumcuyla oynayıram. Hakimliyi şərh etmək istəmirəm. Etto yanıma gəlib, məndən üzr istədi. İlboyu bu hadisələr yığılıb, bu gün partladı".

Pantiç ilboyu yığılan problemlərin nədən ibarət olduğunu açıqlamasa da, söhbətin maddi məsələlərdən getdiyi aydındı. Bundan başqa klub idarəetməsində də ciddi problemlər var. Təsadüfi deyil ki, Hafiz Məmmədov bir ildi klubun idarə heyətini formalaşdıra bilmir. Hətta son günlər belə söhbətlər gəzir ki, yayda komanda bütün əcnəbiləri ilə vidalaşıb yerli gənclərə üstünlük verəcək, bununla da iddiasından əl çəkəcək. Çünki komandanın ciddi maliyyə problemləri var. Bu gedişlə neçə aydı maaş üzünə həsrət qalan “Lokomotiv”in - “Bakı”nın farm-klubunun da buraxılacağı ehtimal edilir.

Ziya Məmmədova yaxın olan Hafiz Məmmədov Azərbaycanı birdəfəlik tərk edir

DİA.AZ-a danışan məlumatlı mənbə isə məsələnin kökündə fərqli bir məqamın da dayandığını bildirir: «Əslində «Bakı» klubu artıq Hafka üçün maraq kəsb etmir. Ona görə də Hafiz Məmmədov bütün gücünü «Lans»a qoyub. Son günlər isə onun dostluq etdiyi Ziya Məmmədovun mövqelərinin zəifləməsi Hafkanın Azərbaycandan uzaqlaşması barədə qərar verməsinə də nədən olub».

Məlumatlı mənbə iddia edir ki, Hafiz Məmmədov birdəfəlik olaraq Azərbaycanı tərk etmək fikrinə düşdüyündən bu gün «Bakı» klubu problemlə üzləşib: «Tək «Bakı» klubu deyil. Hafkanın Bakıdakı digər obyektləri də eyni qaydada problem yaşayır və artıq onlardan bəziləri satışa da çıxarılıb. Hafiz Məmmədov ya Fransaya, ya da İngiltərəyə birdəfəlik olaraq yerləşmək qərarını verib.

Ziya Məmmədova yaxın olan Hafiz Məmmədov Azərbaycanı birdəfəlik tərk edir

Yəni adam artıq özünü kifayət qədər güclü bir oliqarx kimi hiss etdiyindən onun Azərbaycandan hər hansı dəstəyə ehtiyacı qalmayıb. Artıq Hafiz Məmmədov Avropada özünə ciddi bzines şəbəkəsi də qurmağa müvəffəq olub. Yəni gedişi üçün yetərli zəmin hazırlayıb».

Geri qayıt