Əsas Səhifə > Gündəm, Manşet > İlham Mirzəyev naziri rəsmən ovsunlayıbmış – Yavər Camalov bütün sərvətini ekstrasensə yedirdib

İlham Mirzəyev naziri rəsmən ovsunlayıbmış – Yavər Camalov bütün sərvətini ekstrasensə yedirdib


19-04-2014, 10:09
İlham Mirzəyev naziri rəsmən ovsunlayıbmış – Yavər Camalov bütün sərvətini ekstrasensə yedirdib
DİA.AZ: - Bu arada belə bir məlumat yayıldı ki, Müdafiə Sənayesi naziri Yavər Camalovun “Space” kanalında yayımlanan "Etiraf” verilişindən tanıdığımız məşhur falçı, "İlhaMed” klinikasının rəhbəri İlham Mirzəyevlə gözəl münasibətləri olub. Və hətta bu əlaqələr o həddə olub ki, Yavər Camalov bütün addımlarını İlham Mirzəyevdən aldığı “enerji” ilə tənzimləyirmiş.

Məlum olduğu kimi bir neçə gün bundan əvvəl ekstrasenslik fəaliyyəti ilə məşğul olan İlham Mirzəyev DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bu xüsusda yayılan məlumatlara görə, İ.Mirzəyev barəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov mətbuata verdiyi açıqlamalarda bildirib ki, İlham Mirzəyev polis orqanlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub: "İlham Mirzəyevin saxlanmasına səbəb vətəndaşların baxıcı tərəfindən aldadılması ilə bağlı çoxsaylı müraciətləri olub. İlham Mirzəyevə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq gedir”.

DİA.AZ bildirir ki, yayılan xəbərlərdə baş verən hadisələrin fonunda bəzi dövlət məmurları tərəfindən İ.Mirzəyevə bəraət qazandırılmasına yönəldilmiş cəhdlərin olunacağı ehtimalı da irəli sürülür. Bu fikri əsaslandırmaq üçün isə bir vaxtlar özü həbs olunmuş “ekstrasensin” müştərisi olmuş, sonradan isə ona yeni müştərilər tapmaqda vasitəçilik etdiyi iddia olunan Yavər Camalovun İlham Mirzəyevlə yaxın münasibətlərini diqqət mərkəzinə çəkilir.

Bu arada DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, nazir mütəmadi olaraq İ.Mirzəyevə qarşı öz səmimi münasibətlərini müxtəlif jestlərlə nümayiş etdirmişdir. Buna misal kimi isə İlham Mirzəyevin oğlunun sünnət toyunun Y.Camalova məxsus “Qızıl tac” şadlıq evində pulsuz keçirildiyini, “ekstrasensin” bacısı oğlunun toy mərasiminin “Kral” şadlıq sarayında yenə də pulsuz təşkil edildiyini, paytaxtın Vorovski kimi tanınan massivində 40 otaqlı villanın nazir tərəfindən İ.Mirzəyevə hədiyyə olunduğu iddia edilir.

İlham Mirzəyev naziri rəsmən ovsunlayıbmış – Yavər Camalov bütün sərvətini ekstrasensə yedirdib

Məlumatlı mənbənin dia.az-a söylədiklərində qeyd olunur ki, ümumiyyətlə Camalovlar tərəfindən İlham Mirzəyevə və onun yaxınlarına yönəldilmiş bir sıra digər diqqət heç zaman əskik olmayıb. Məsələn, bildirilir ki, Y.Camalovun “ekstrasensə” etdiyi hədiyyələrin arasında 10 AA 400 dövlət nömrə nişanlı, “Mersedes-Viano” markalı avtomobil də xüsusi yer tutur. Salonu xüsusi sifarişlə yığılmış bu bahalı maşını isə hazırda İ.Mirzəyevin qardaşı sürür.

İlham Mirzəyev naziri rəsmən ovsunlayıbmış – Yavər Camalov bütün sərvətini ekstrasensə yedirdib

Yeri gəlmişkən, aldığımız məlumatlarda “ekstrasensin” qardaşı barədə də maraqlı açıqlamalar verilir. Hal-hazırda isə İ.Mirzəyevin həmin qardaşı eyni zamanda da paytaxtın 8-ci kilometr ərazisində “Buta” gözəllik salonunu işlədir...Hər halda ümid etmək olar ki, artıq yaxın vaxtlarda DİN strukturları tərəfindən İlham Mİrzəyevin işi ilə bağlı ictimaiyyətə daha ətraflı məlumat təqdim olunacaq. Ola bilsin ki, həmin məlumatlarda ölkənin digər yüksək çinli məmurlarından da kimlərinsə adı hallansın...

Geri qayıt