Əsas Səhifə > Gündəm, Manşet > Nurçuların «cavab atəşi» açıldı - Fətullah Gülən tərəfdarları məmurlarımızı rəsmən hədələdilər

Nurçuların «cavab atəşi» açıldı - Fətullah Gülən tərəfdarları məmurlarımızı rəsmən hədələdilər


18-04-2014, 09:41
Nurçuların «cavab atəşi» açıldı - Fətullah Gülən tərəfdarları məmurlarımızı rəsmən hədələdilər
DİA.AZ: - Son günlər nurçulara qarşı başlanan təqiblər əks-effektlə qarşılanıb. Ən azından DİA.AZ-ın elektron ünvanına göndərilən bir anonim müraciətin mətnindən anlaşılanı budur.

Bildirək ki, artıq Bakıda və Göyçayda nurçulara - onların dərsxanalarına qarşı polis əməliyyatları da keçirilib. Halbuki dünənə qədər onlar özlərini Azərbaycanda çox rahat hiss edirdilər və bu gün ölkəmizin ayrı-ayrı yerlərində onlara aid minlərlə dərsxanalar fəaliyyət göstərir.

Nurçuların «cavab atəşi» açıldı - Fətullah Gülən tərəfdarları məmurlarımızı rəsmən hədələdilər

Təbii ki, bu dərsxanalar məlum təqibdən sonra yəqin ki, ya fəaliyyətlərini dayandırır, ya da gizli fəaliyyət şəraitinə keçməli olur.

DİA.AZ-a anonim olaraq müraciət edən və Fətullah Gülən cameəsinin nümayəndəsi olduğunu gizlətməyən şəxs bildirir ki, onlarla hakimiyyətin demək olar ki, bütün nümayəndələri ilə gözəl münasibətləri olub:

Nurçuların «cavab atəşi» açıldı - Fətullah Gülən tərəfdarları məmurlarımızı rəsmən hədələdilər

«Bu gün Azərbaycanda nurçu olmaq sanki vəhabi olmaqdan da böyük bir təhlükə kimi təqdim olunur. Bunlar hamısı bir oyundur. Türkiyənin baş naziri Ərdoğanın rəsmi Bakıya təzyiqindən sonra bu baş verdi. Halbuki biz Azərbaycan iqtidarından müstəqil siyasət gözləyirdik.

Biz zaman-zaman Azərbaycanda elm ocaqları yaratmışıq. Minlərlə Azərbaycan vətəndaşına savad vermişik. Bu nailiyyətlərimiz, fəaliyyətimiz hər zaman təqdir olunub. Elə son olaraq 2012-ci ilin noyabr ayında «Çağ Öyrətim»in 20 illik yubileyinə həsr olunmuş «Gülüstan» Sarayındakı «Müasir Azərbaycan və Çağ Öyrətim» adlı konfransı xatırlatmaq yerinə düşər.

Nurçuların «cavab atəşi» açıldı - Fətullah Gülən tərəfdarları məmurlarımızı rəsmən hədələdilər

Hər halda, rəsmi Bakının icazəsi olmadan, iştirakı olmadan belə bir yüksək səviyyəli tədbir keçirilə bilməzdi. Bu gün nurçuluğu cinayət kimi təqdim edən məmurların əksəriyyəti həmin tədbirdə idi. Ondan sonrakı tədbirlərimizdə də yaxından iştirak ediblər, dəstək veriblər.

Bizim Azərbaycan iqtidarı ilə problemimiz olmayıb. Keçmiş təhsil naziri Misir Mərdanovla gözəl münasibətlərimiz olub. Amma bu gün nə baş verir? Bunu anlaya bilmirik.

Nurçuların «cavab atəşi» açıldı - Fətullah Gülən tərəfdarları məmurlarımızı rəsmən hədələdilər

Hər halda, Azərbaycan hakimiyyətinin məmurları da bizimlə xoş münasibətlərindən bəhrələniblər. Misir Mərdanov bir nazir olaraq kifayət qədər faydalanıb. Vaxtı yetişərsə, ehtiyac yaranarsa, bizdən faydalanan digər məmurların da adlarını çəkəcəyik, siyahılarını açıqlayacağıq».

DİA.AZ bildirir ki, nurçuların bu anonim müraciətini bir növ rəsmi Bakıya qarşı şantaj sənədi kimi də qəbul etmək olar.



Geri qayıt