Əsas Səhifə > Gündəm, Manşet > Razi Nurullayev üçün də TAPŞIRIQ VERİLİB...

Razi Nurullayev üçün də TAPŞIRIQ VERİLİB...


26-08-2024, 08:49
Razi Nurullayev üçün də TAPŞIRIQ VERİLİB...
Milli Məclisin VI çağırış deputatı, 81 saylı İmişli seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev özünün seçki kampaniyası boyunca əməlli-başlı şoumenlik edir, desək, yanılmarıq. Hər halda, özünün psevdopostmodernist yönünü ortaya qoymaqda olan, öz aləmində isə özünü kreativ, yaradıcı bir namizəd kimi görən MCP sədri mətbuata verdiyi açıqlamasında da onun seçki kampaniyasındakı davranışlarına gülənləri təhqir etməsi ilə diqqətə gəldi.

Razi Nurullayev üçün də TAPŞIRIQ VERİLİB...
Razi Nurullayev üçün də TAPŞIRIQ VERİLİB...

Son olaraq isə Razi Nurullayevi bərbərxanada qaşlarını qırxdıran yerdə görən seçicinin nə düşündüyünü isə təqmin etmək o qədər də çətin deyil. Amma deyəsən, bu seçici qənaəti nə Nurullayevin, nə də yuxarı dairələrin umrunda deyil.

Dia-az.İnfo bildirir ki, əgər belə olsaydı, dövlətin siyasi rıçaqları Razi Nurullayevin "qələbəsi" üçün səfərbər edilməzdi.

Bu barədə *İmişlidən əldə etdiyimiz məlumatdan aydın olur ki, artıq rəsmi dövlət qurumlarının İmişlidəki nümayəndəliklərinə Razi Nurullayevin qələbəsi üçün çalışmaları yönündə təlimat verilib.

Geri qayıt