Əsas Səhifə > Gündəm, Manşet > Məşhur Məmmədova da `quş qoyulub`...

Məşhur Məmmədova da `quş qoyulub`...


13-08-2024, 09:16
Məşhur Məmmədova da `quş qoyulub`...
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində bir sıra namizədlərin "qutu"da saxlanılacağı bildirilir.

Səbəb seçkilərdə demokratik görüntünü yaratmağa hesablanıb.

Bu barədə "Arqument.az"a seçki prosesini yaxından müşahidə edən və müəyyən bilgilərə sahib olan texnoloqlardan biri deyib.

Onun sözlərinə görə, bu addım həm də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçilərinin rəyinin bir qədər yumşaq olmasına görə atıla bilər.

Yəni bir neçə dairədə YAP-ın namizədləri bitərəflərlə əvəzlənə bilər, bir neçəsində isə nəticələr ləğv ediləcək. Ümumilikdə 10-a qədər dairədə nəticələrin ləğvi gözlənilir.

Bu dairələrdən birinin də 74 saylı Masallı Seçki Dairəsi olması ehtimal olunur. Həmin dairədə isə hakim partiyanın namizədi Məşhur Məmmədovdur. Amma bu namizəd YAP üçün elə də önəm kəsb etmir, çünki biznesmen deputat Məşhur Məmmədov Milli Məclisin "lal deputatlar" kateqoriyasına aiddir, həmçinin Masallıda da ciddi bir iş görməyib, xalqın etimadını qazana bilməyib.

Məşhur Məmmədov ölkədə deputatdan çox elə məşhur "Embawood" mebel şirkətinin rəhbəri kimi tanınır.

Ona görə də bu dairədən Məşhur Məmmədovun seçilməsi də sual altındadır. Yəni onun da qarşısında "quş" qoyulub, sadəcə, onu kampaniyası dövründəki müsbət fəaliyyəti xilas edə bilər.

Geri qayıt