Əsas Səhifə > Gündəm, Manşet > Əli Həsənov Elnur Aslanova qarşı açıq savaş elan etdi

Əli Həsənov Elnur Aslanova qarşı açıq savaş elan etdi


15-03-2014, 12:59
Əli Həsənov Elnur Aslanova qarşı açıq savaş elan etdi
DİA.AZ: - Bir neçə gün əvvəl Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov PA daxilindəki gərginliklərlə bağlı bir açıqlama vermək zərurəti hiss etdi. Olay əslində Əli Həsənovun rəqiblərinə qarşı meydan sulama cəhdi kimi təqdim olunan “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusundakı tədbirində yaşandı. Əli Həsənov PA daxilində hər hansı toqquşmanın olmadığını ifadə etdi.

Amma bu gün baş verənlər isə bunun tamam əksini sübutlamaqdadır. Əli Həsənov açıq şəkildə PA-nın digər şöbə müdiri Elnur Aslanovu hədəfə alıb.

DİA.AZ xatırladır ki, buna qədər hər iki cinah arasında toqquşma daha da şiddətli məcrada idi. Aşkar surətdə Elnur Aslanovdan mətbuat baxımından güclü olan Əli Həsənov özünün KİV arsenalını rəqibinin çökərdilməsi üçün fəaliyyətə keçirmişdi. Elnur Aslanov «nurçu» elan olunaraq bir nömrəli hədəf kimi Əli Həsənovun mediası tərəfindən vurulurdu.

Lakin sonradan müəyyən fasilə verildi. Elə zənn edildi ki, artıq Əli Həsənova «yuxarılar» nələrisə anladıb. Amma indi anlaşıldı ki, PA rəsmisi rəqibini eynu ruhla yenə də vura bilməsi üçün nəfəsini dərirmiş. Və dünən mətbuata bir saxta sənəd ötürüldü.

Bəri başdan qeyd edək ki, həmin «sənəd» DİA.AZ-ın da elektron ünvanına göndərilmişdi. «Sənəd» Elnur Aslanovun Fətullah Gülənə məktubu idi. Yəni guya Elnur Aslanov Fətullah Gülənə bir lideri olaraq səmimi şəkildə müraciət edərək, onun dərdlərini bölüşür və s. Bunlar önəmli deyil.

Önəmli olanı həmin saxta sənədin işıqlandırılması məsələsi idi. Və dünən apardığımız müşahidələr nəticəsində bir məsələya tam aydınlıq gətirildi. Əli Həsənov heç də silahı yerə qoymayıb. Və bu saxta sənədin hazırlanması məsuliyyəti də birbaşa olaraq onun çiyinlərindədir.

Nədəni?

Nədəni kifayət qədərdir. İlk olaraq sənədin saxtalığına diqqət ayıraq.

1. Aşağıdakı şəkildən də görəcəksiniz ki, bu saxta sənədi hazırlayanlar məktubun yazılma tarixi kimi göstərilən «14.3.2010» tarixini möhtərəm «fotoşop»un yaratdığı hüsn-xətt imkanlarından istifadə edərək saxta məktubun yuxarı hissəsinə pərçimləyiblər. Hər halda, bunu kifayət qədər ustalıqla da işləmək olardı. Amma şəkildən də görünür ki, Əli Həsənovun işçiləri o qədər də peşəkar deyillər və yaxud da aldıqları mükafatın müqabilini layiqincə ödməirlər.

Əli Həsənov Elnur Aslanova qarşı açıq savaş elan etdi

2. Bu «sənəd»i hazırlayanların qeyri-peşəkarlıqlarını sübutlayan bir başqa vacib məqam. Aşağıdakı şəkilə diqqət yetirin. «Sənəd»də bu günün ən aktual hadisəsi olan Krımdakı gərginliklə bağlı məlumatlarını reklam edən «novorus.info» saytının reklamı aydın şəkildə görünür. Yəni əgər bu «sənəd» yuxarıda qeyd olunan tarixdə ünvanlanıbsa və həmin dönəmdə mahir casuslar tərəfindən «kopyalanıbsa», o zaman Krım hadisələri əks olunmamalı idi.

Əli Həsənov Elnur Aslanova qarşı açıq savaş elan etdi

3. «Sənəd»də Əli Həsənovun qeyri-peşəkarları bir peşəkarlığa amma yol veriblər ki, bu faktı nəzərdən qaçırmaq olmaz. Söhbət reklam olan hissələrin ağ buraxılmasından gedir. Yəqin ki, möhtərəm «fotoşop» biliciləri 2010-cu ildə hansı şirkətin «mail.ru»da öz reklamını yerləşdirməsini unutduqlarından həmin reklam yerlərini boş buraxmalı olublar. Halbuki ora həmin illərə aid bir reklamı tapıb atsaydılar, daha da inandırıcı olardı.

İndi isə gələk, əsas məqama. Bu «sənəd»in ictimailəşdirilməsi məsələsinə. Bir daha xatırladaq ki, bu «sənəd» dünən yayılıb və demək olar ki, ölkənin bütün populyar yazılı və elektron KİV-lərinə göndərilib. Amma «sənəd» yalnız bir portalda yer alır: «strategiya.az». Birbaşa olaraq Əli Həsənova bağlı olan portalda. Aşağıdakı faktlar da sübutlayır ki, artıq çarəsi üzülən, digər saytların bu xəbəri işıqlandırmadığını görən sifarişçilər son anda özlərinə birbaşa aidiyyatları olan mətbu ünvanla hərəkətə keçmək zorunda qalıblar. Çox güman ki, sabah da bir başqa ünvanda bu məlumat görünəcək. Hətta Əli Həsənovun qəzetlərinin xüsusi fəallığını belə gözləyirik…

Əli Həsənov Elnur Aslanova qarşı açıq savaş elan etdi
Əli Həsənov Elnur Aslanova qarşı açıq savaş elan etdi

Məlumat üçün bildirək ki, Əli Həsənov Beynəlxalq Mətbuat Mərkəzin idarəsini qaynı Azər Vəliyevə rəsmən həvalə edib. BMM nəhəng ofis mərkəzinə çevrilib. Beynəlxalq Bankın filalından tutmuş, KİVDF-yə, radiondan qəzet-jurnallara, QHT-lərə qədər 20-dən artıq «hüquqi şəxs» bu binada fəaliyyət göstərir.

Maraqlı məqam odur ki, bu müəssisələrin mütləq əksəriyyəti məhz onun ailə podratına aiddir - «Kaspi» qəzeti, «Kaspi» Yayım Firması və «Kaspi» Tərcümə mərkəzi, 103.3 fm - Araz radiosu (oğlu Şamxal Həsənli Baş direktordur), «Kaspi-Qlobal» Prodakşın şirkəti (oğlu rəsmən baş prodüsserdir və böyük dövlət vəsaiti hesabına keyfiyyətsiz teleseriallar çəkirlər), «Geostrategiya» jurnalı, «strtaegiya.az» saytı, «Azadinform» agentliyi, KİVDF, Jurnalist Qadınlar Assosiasiyası, Xəzər TV-nin studiyası, «RİA Novosti»nin nümayəndəliyi, Mətbuat mərkəzinin üç zalı, böyük kafe və s.

Əli Həsənov Elnur Aslanova qarşı açıq savaş elan etdi

Bunları niyə xatırlatdıq? Səbəbi çox sadədir. Çünki Əli Həsənovun bir neçə gün əvvəlki atəşkəs qərarını müstəqil şəkildə vermədiyi deyilir. Və indii görünəni odur ki, birbaşa olaraq «yuxarıların» diqtəsi ilə susmalı olan Əli Həsənov hətta ali iradənin diqtəsini belə nəzərə almır. Bunun isə ağrısı acı ola bilər…

Geri qayıt