Əsas Səhifə > Gündəm, Manşet > Hakimiyyət içində təxribatçı qüvvələr var - Kimlərsə süni şəkildə kütləvi etirazlar hazırlayır

Hakimiyyət içində təxribatçı qüvvələr var - Kimlərsə süni şəkildə kütləvi etirazlar hazırlayır


14-03-2014, 11:07
Hakimiyyət içində təxribatçı qüvvələr var - Kimlərsə süni şəkildə kütləvi etirazlar hazırlayır
DİA.AZ: - «Sanki kimsə ətrafa benzin tökür. Hadisələri körükləyir. Süni şəkildə narazılıqlar yaradır. Narazılıqların daha da kütləvi xarakter almasına çalışır. Bütün bunlar bəlli bir ssenari ilə icra olunmaqdadır. Heç nə təsadüfi deyil. Plan üzərədir. Konkret olaraq qüvvələr var ki, bu gün Azərbaycanda kütləvi üsyanlarda, etirazlarda maraqlıdırlar».

Bu şok açıqlamanı DİA.AZ-a verən hökumət içindəki mötəbər mənbə ortaya konkret dəlillər də qoyur: «Təbii ki, dövlətin öz planlamaları olur. Və anlaşılandır ki, illər ərzində keçmiş «Sovetski» küçəsinin sökülməsi ideyası var idi. Diqqət yetirin bu məqama. Əslində bu küçə tədricən sökülməkdə idi. İndividual qaydada sakinlərlə danışıqlar aparılır və proses beləcə davam edirdi.

Amma nə baş verdi? Birdən-birə kütləvi köçürmə planı işə salındı. Təbii ki, belə olan tərzdə kütləvi narazılıqlar olmalı idi. Bunu bu planı işləyib hazırlayanlar da yaxşı bilirdi. Yaxşı başa düşülürdü ki, hər kəsi razı salmaq olmayacaq və narazılıqlar olacaq.

Bu səs-küy yatmamış metroda yüzlərlə ailənin dolanışıq yeri - yeganə dolanışıq yeri olan ticarət obyektlərinin fəaliyyətinə kütləvi qaydada qadağa qoyuldu. Niyə və kimə lazım idi?»

Mənbəmiz iddia edir ki, bütün bunlar planlı olaraq icra olunur: «Burada konkret məqsəd var və hakimiyyətin içində küncə sıxışdırılmaqda olan qüvvələr sanki öz hakimiyyətlərinin ömrünü uzada bilmələri üçün, özlərinə ehtiyacın duyulması üçün belə bir təxribat planının icrasına start veriblər.

Hətta burada son günlərin yanğın hadisələrini də əlavə etmək olar. Ortada müəmmalar yoxdur. Kimsə ətrafa benzin səpir ki, ani bir qığılcımdan bütün ölkə alovlansın».

Geri qayıt