Əsas Səhifə > Gündəm, Manşet > Ukraynada gözlənilən 3-cü Dünya Müharibəsi Azərbaycana nələri verə bilər

Ukraynada gözlənilən 3-cü Dünya Müharibəsi Azərbaycana nələri verə bilər


13-03-2014, 10:22
Ukraynada gözlənilən 3-cü Dünya Müharibəsi Azərbaycana nələri verə bilər
DİA.AZ: - Artıq Rusiya Ukraynaya öz «Krım möhürünü» vurub. Gözlənilən idi də. Əvvəlki şərhlərimizdə də qeyd etmişdik ki, Kreml Ukraynadan asanlıqla vaz keçməyəcək. Oldu da. Bu gün hər bir azərbaycanlının diqqətlə izlədiyi Ukrayna hadisələri nə yazıq ki, proqnozlarımıza uyğun şəkildə cərəyan etməkdədir. Havadakı barıt qoxusu isə daha da təəssüfləndiricidir…

Keçən yazılarımızda da qeyd etmişdik ki, ruslar ənənəvi rus siyasətinə - «ruskaya tupost»a uyğun tərzdə hərəkət edəcəklər. Əslində nəzəri baxımdan Kremlin yürütdüyü siyasəti əsaslandırmaq mümkün olmasa da, rus siyasətinin ənənələrinə diqqətlə nəzər saldıqda artıq Kremlin hansı məqamda hansı addımı atacağını müəyyən etmək o qədər də çətin deyil.

Nə baş verir və niyə baş verir?

Ukraynada gözlənilən 3-cü Dünya Müharibəsi Azərbaycana nələri verə bilər

Bu sualların cavabları aydındır. Ukrayna uğrunda Avropa ilə Rusiyanın savaşı daha da şiddətli xarakter alıb. Və müharibənin ilkin işartıları da aydın şəkildə duyulmaqdadır. Rusiya da Avropa qədərində özünün Ukrayna maraqlarında qətiyyətli görünür. Hətta Ukrayna ordusu qarışıq, bütün Qərb ilə savaşa hazır olduğunu da gizlətmir.

Ukrayna Rusiya üçün təcə yaxın qonşu və sərvətlərinin Avropaya, dünyaya çıxışı üçün bir qapı əhəmiyyətində deyil. Ukrayna həm də Rusiya üçün Qara dənizə çıxış, Avropa üzərində əbədi kölgə və daha mühüm olanı, «QƏDİM RUS» kimi gördüyü bir ünvandır.

Belə bir yanaşmada Rusiyanın Ukraynadan asanlıqla vaz keçəcəyini söyləyənlər yanılır. Amma bu prosesin Rusiyanı bitirəcəyi də şəkksizdir. Görüntüdə olanı budur.

Çünki Rusiya nə qədər güclü olsa da, keçmiş Sovetlər Birliyi qədərində qüdrətli deyil. Sovetlər Birliyi həm ərazi və əhali baxımından geniş və böyük idi, həm də nüfuz, təsir dairəsi baxımından. Sovetlər Birliyinin zamanında isə Amerika Əfqanıstanı, Liviyanı, İraqı işğal etməmişdi, Suriyanı haldan salmamışdı və bu ölkələr də SSRİ-nin himayəsi altında idi.

Ukraynada gözlənilən 3-cü Dünya Müharibəsi Azərbaycana nələri verə bilər

İndi isə Amerikanın əl-qolu yetərincə açılıb və SSRİ dağıldıqdan sonra Rusiya zəifləmiş duruma düşsə də, Amerika gücünün üstünə güc qatıb. Eyni zamanda Amerikanın Ukrayna uğrunda savaşa tək getməyəcəyi də aydındır ki, belə bir şəbəkə ilə üz-üzə gəlməsi Rusiyanın sonu anlamına gəlir.

Bəli, Rusiya dağıla bilər. Əgər Putin sonna qədər hazırki siyasətini davam və inkişaf etdirəcəksə, Rusiyanın tənəzzülü qaçılmazdır. Bundan isə faydalanan ilk dövlətlərdən birinin Azərbaycan olacağı şəkksizdir. Azərbaycanın həm özünün tarixi Dərbənd torpaqlarını və ümumiyyətlə, hazırda Dağıstan adlanan ərazilərini, həm də Qarabağı və digər işğal olunmuş ərazilərini qaytarma fürsəti də yarana bilər.

Dünya birliyi buna nə deyəcək? Hələlik nağıl kimi barəsində danışdığımız bu hadisənin baş verəcəyi təqdirdə dünya birliyinin seyrçi qalması inandırıcıdır. Çünki Rusiyanın ardından İranla üz-üzə dayana bilməsi üçün həm də bir qüdrətli Azərbaycana ehtiyac var.

Təbii ki, bütün bunlar Putindən daha çox asılıdır. Yəni o, hansı qərarı verəcək. Ukrayna uğrunda savaşacaqmı, yoxsa geri çəkiləcək…

Ukraynada gözlənilən 3-cü Dünya Müharibəsi Azərbaycana nələri verə bilər

Qərbin mövqeyi aydındır. Qərb və Amerika savaş qərarını artıq verib. İndi isə söz sırası Rusiyanındır. Novruz bayramına qədər - mart ayının 21-nə qədər rusların vaxtı var. Ya Dumada Krımı özlərinə birləşdirib 3-cü dünya savaşına qərar verəcəklər, ya da Krımdan geri çəkilib Ukrayna itkisi ilə barışmalı olacaqlar.

Bizim proqnozlaşdırdığımız isə müharibədir… Çünki Putin də bu savaşa SSRİ-nin bərpası üçün ehtiyac duyur… O da belə düşünür…

Geri qayıt