Əsas Səhifə > Gündəm, Manşet > Ağstafada xəstələri nədən Qazaxa yollayırlar?

Ağstafada xəstələri nədən Qazaxa yollayırlar?


8-03-2024, 08:15
Ağstafada xəstələri nədən Qazaxa yollayırlar?
Ağstafa rayonunun sakinləri həkim çatışmazlığından əziyyət çəkir. Bu barədə dia-az.media-ya daxil olan müraciətdən anlaşılır.

Onların sözlərinə görə, xüsusən ultrasəs müayinəsi edən radioloq həkimlərin azlığı günlərlə növbə gözləməyə səbəb olur.

Sakinlər adından dia-az.media-ya daxil olan müraciətdə daha sonra deyilir:

“Ağstafa Mərkəzi Xəstəxanasında ultrasəs müayinə aparatı yoxdur, həmçinin həkim də yoxa çıxır.

Bizə Qazax rayonuna getməyimizi deyirlər. Oraya getdiyimiz zaman isə həkim tapa bilmirik”.

Geri qayıt