Əsas Səhifə > Gündəm, Manşet > Avropadan GUAM ölkələri başçılarına şok təklif - Rusiyaya qarşı birgə savaş elan edin!

Avropadan GUAM ölkələri başçılarına şok təklif - Rusiyaya qarşı birgə savaş elan edin!


5-03-2014, 09:31
Avropadan GUAM ölkələri başçılarına şok təklif - Rusiyaya qarşı birgə savaş elan edin!
DİA.AZ: - «Rusiyanın Ukrayna ilə bağlı ənənəvi «ayı kütlüyünə» söykənən siyasəti kimləri heyrətləndirsə də, keçmiş sovet xalqlarında nə təəccüb yaradır, nə də heyrət. Bu gün Ukraynanın dövlət rəhbərlərinin də ərazilərinə soxulmuş rus əsgərlərini sakit şəkildə seyr etməsinin də səbəbi budur. Yəni bizlər - keçmişdə sovet xalqı olmuş ölkələrin vətəndaşları rusların nəyə qadir olduğunu yaxşı bilirik». Bu sözlər DİA.AZ-a ünvanlanan bir müraciətdəndir. Qeyd edək ki, müraciəti Avropada yaşayan bir qrup soydaşımız və bəzi təşkilatların rəhbərləri imzalayıb.

Müraciətdə maraqlı təklif də yer alıb. Deyilir: «Bu, həmin Rusiyadır ki, öz ərazi bütünlüyü uğrunda savaşa qalxan Gürcüstanı, onun paytaxtını belə bombaladı. Bu, həmin Rusiyadır ki, illərdir Azərbaycana rəsmən Qarabağ uğrunda savaşı qadağan edib, Azərbaycanı növbəti işğalla təhdid edir. Bu, həmin Rusiyadır ki, hələ də Sovetlər Birliyinin dağılmasından sonra nəzarətindən çıxan torpaqların itkisi ilə barışa bilmir və bunun naminə istənilən bir pisliyə əl ata bilər».

Müraciətlərində GUAM ölkələrinin - Azərbaycanın, Gürcüstanın, Moldovanın və Ukraynanın dövlət başçılarına müraciət edən soydaşlarımız maraqlı təkliflə çıxış edirlər: «Bu gün hər 4 ölkə rəsmən rus işğalının qurbanı hesab oluna bilər. Cənab prezidentlər, dövlətin başında dayananlar. Sizlər bu gün böyük bir fürsət əldə edibsiniz. Azərbaycan öz Qarabağ haqqını, Gürcüstan Abxaziya, Cənubi Osetiya haqqını, Moldova Dnestryanı bölgə haqqını, Ukrayna isə Krım haqqını bərpa edə bilməsi üçün bir şans əldə edib.

Hər dörd ölkə eyni anda məhz RUS İŞĞALINA qarşı savaşa qalxıb öz torpaqlarının bütünlüyünü qorumağa qalxarsa, hər 4 ölkə Rusiyaya qarşı SAVAŞ ELAN EDƏRSƏ, bu addım Rusiyanın regiondakı təhlükəli hegemonluğuna birdəfəlik olaraq son qoyulması üçün yetərli olacaq.

Əgər bu baş verərsə, dünya birliyi də GUAM ölkələrinin öz ərazi bütünlüyü uğrunda Rusiya ilə savaşına açıq dəstək verəcək və bu savaş Rusiyanın yer üzündən silinməsinə, Rusiya adı altında buxovlanan dövlətlərin da müstəqillik qazanmasına nədən ola biləcək.

Haydı, cənablar, fürsət və söz sizindir».

Geri qayıt