Əsas Səhifə > Gündəm, Manşet > Yeni nazir də köhnələr kimi işləyirsə...

Yeni nazir də köhnələr kimi işləyirsə...


2-02-2024, 09:01
Yeni nazir də köhnələr kimi işləyirsə...
2023-cü ilin mart ayının 16-da Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində mühüm kadr dəyişikliyi baş verdi. Sabiq nazir Nicat Babayev vəzifəsindən azad olundu və onun yerinə Ceyhun Ramiz oğlu Cəlilov gətirildi.

dia-az.media bildirir ki, yeni nazirin vəzifəyə başlamasından az qala bir il keçməsinə baxmayaraq sözügedən sahədə hansısa islahat ab-havası müşahidə olunmadı. Əksinə... durum daha da pisləşdi ki, bunu da günü-gündən artmaqda olan narazılıqlardan sezmək olar.

Həmin vətəndaş gileylərindən növbətisini təqdim edirik. Yunis Camalov adlı MR sakini yazır:

"Naxçıvan ƏƏSMN-i dəfələrlə müraciətimə baxmayaraq sadə məsələləri həll etmirlər.

Çünki nazir və onun xalası oğlu da Rabitə Naziri kimi vəzifə öhdəliklərinin nədən ibarət olduğunu bilmirlər.

Başımıza bu nadir ,,tapıntı" nazirləri kim ürcah elədisə inşallah onların övladlarına da bunlar müsəlləh olarlar...

Yəni Şahbuzda başqa adam yoxuydu? Bu iki iş bilməzi Şahbuzda hansı ,,muzeydən" tapıb gətirdilər?.."

Geri qayıt