Əsas Səhifə > Gündəm, Manşet > Əgər kimsə bu kompleksdə fantastik qiymətə mənzil sahibi olmaq istəyirsə...

Əgər kimsə bu kompleksdə fantastik qiymətə mənzil sahibi olmaq istəyirsə...

9-01-2024, 07:57
Əgər kimsə bu kompleksdə fantastik qiymətə mənzil sahibi olmaq istəyirsə...
"Bu postu insanları məlumatlandırmaq üçün paylaşmaq istədim. Bəlkə kimin üçünsə faydalı ola bilər. Paylaşdığım məlumatlar "Melissa park" yaşayış kompleksindəndir". Bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.

Əgər kimsə bu kompleksdə fantastik qiymətə mənzil sahibi olmaq istəyirsə...

Narazı vətəndaş daha sonra yazır: "Heç nə reklamlarında göründüyü kimi deyil. Bir problem olduqda dəfələrlə komendanta məlumat verirsən, ancaq diqqətə alınmır. Bu kompleksdə komendant yalnız aylıq ödəniş almaq üçün var.

Mənzillər çox keyfiyyətsiz tikilib, qonşu telefonla səsli danışdıqda telefondakı şəxsin (qonşunu demirəm) səsini net bir şəkildə eşidə bilərsiniz.

Yayda olan ilk zəlzələdə mətbəx tavanında çat yarandı. Dekabrdakı 2-ci zəlzələdən sonra bütün otaqların tavanında çat oldu (şəkildə var). Qeyd edim ki, bina 3-4 ilin binasıdır.

Və ən əsas məsələlərdən biri suyu çox pisdir, torpaqla qarışıq gəlir (şəkildə var).

Təkrar qeyd edirəm ki, bu postu paylaşmaqda məqsədim insanlara faydalı olmaqdır. Əgər kimsə bu kompleksdə fantastik qiymətə mənzil sahibi olmaq istəyirsə, 2 dəfə düşünsün..."

dia-az.media

Geri qayıt