Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.media/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.media/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Gündəm, Manşet > Gəncə Şəhər Birləşmiş Xəstəxanasında ŞÜBHƏLİ TENDER...
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında ŞÜBHƏLİ TENDER...29-11-2023, 09:19 |
![]() Yenə Gəncə Şəhər Birləşmiş Xəstəxanasından xəbər var. Sözügedən xəstəxanada bu ilin o fəsli olmadı ki, tender elan edib maliyyə əldə etməsinlər. Müasir xəstəxanalar, poliklinikalar olduğu, heç bir avadanlığa ehtiyac olmadığı halda tender keçirmək şübhə doğurur. TƏBİB-in üzərinə düşür ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının aldığı tender maliyyəsini ciddi yoxlasın. Bu ilin sonuna az qalmasına baxmayaraq, ilin əvvəlindən ortasına kimi dəyəri 3 milyon manatdan artıq olan tender keçirən Gəncə Şəhər Birləşmiş Xəstəxanası yenə iki tender keçirərək, 150 min manat tender qalibi olubdur. ![]() ![]() ![]() ![]() Hurriyyet.az xəbər verir ki, xəstəxana “PROMATECH GROUP" MMC ilə “Mal materiallarının alınması”na görə məbləği 73.186,51 AZN-lik, Rayonlararası İstehsalat Kombinatı ilə “Müəssisələrdə cari təmir işləri Z.Məmmədov adına xəstəxana” tenderinə görə məbləği 75.521,91 AZN olan müqavilə imzalayıb. Bildirmək yerinə düşər ki, “PROMATECH GROUP" MMC-nin qanunu təmsilçisi Esmira Məhərrəm qızı Əliyevadır, nizamnamə kapitalı isə 20 AZN-dir. Rayonlararası İstehsalat Kombinatının direktoru isə Nəsib Məhərrəm oğlu Həsənovdur, nizamnamə kapitalı isə 20 AZN-dir. Mövzuya qayıdacağıq. Mənbə: "Hurriyyet.az" Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |