Əsas Səhifə > Gündəm, Manşet > İcra başçısı nazir qohumunu da cəncələ sala bilər - Ağsuda narazılıq pik həddə çatıb

İcra başçısı nazir qohumunu da cəncələ sala bilər - Ağsuda narazılıq pik həddə çatıb


19-02-2014, 09:56
İcra başçısı nazir qohumunu da cəncələ sala bilər - Ağsuda narazılıq pik həddə çatıb
DİA.AZ: - Hakimiyyətin icra başçıları ilə bağlı növbəti kadr islahatlarının start düyməsinin basılmasına az bir vaxtın qaldığı ərəfədə bəzi rayonların rəhbərlərinə «yuxarılar» tərəfindən xəbərdarlığın edilməsi barədə xəbər yayılıb.

Bu barədə Nazirlər Kabinetindəki bilgili qaynaqlardan DİA.AZ-a ötürülən informasiyada qeyd olunur ki, xəbərdarlıqlar daha çox barələrində şikayətlər ünvanlanan icra başçılarına edilib.

Maraqlıdır ki, onların arasında Dövlət Sosial Müdafiə Fondunun prezidenti postundan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə yüksələrək mövqelərini kifayət qədər möhkəmləndirə bilmiş Səlim Müslümovun qohumu, Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev də var.

İcra başçısı nazir qohumunu da cəncələ sala bilər - Ağsuda narazılıq pik həddə çatıb

Deməli, Səlim Müslümovun mövqelərinin güclənməsi Ənvər Seyidəliyevə rayonda özbaşına mühit yaratması üçün heç bir əlahiddə şərait yaratmayıb. Əslində bu gözlənilən idi də. Çünki Səlim Müslümovdan əvvəlki nazir Fizuli Ələkbərovun mövqeləri nəinki onun əhalisi üsyana qalxmış İsmayıllı rayonunda başçı olan qardaşının müdafisi üçün yetərli olmadı, hətta bu olaylar onların hər ikisinin karyerasına nöqtənin qoyulmasına gətirib çıxardı.

İndi isə anoloji hadisənin Səlim Müslümovun da başına gələcəyini ehtimal etmək olar. Məlumatlı mənbənin bildirdiyinə görə, müvafiq qurumlar tərəfindən davamlı şəkildə yerlərdə əhalinin hakimiyyətə münasibətini müəyyənləşdirən müxtəlif tədbirlər, sorğular həyata keçirilir, addımlar atılır. Və bu araşdırmalar zamanı daha çox narazılıqların olduğu ünvanlardan biri kimi diqqətə gələni də məhz Səlim Müslümovun yaxın qohumunun rəhbərlik etdiyi Ağsu rayonudur.

Yəni deməli, Səlim Müslümov qohumunu durdurmazsa, onun yaratdığı şərait hər ikisinin karyerasını birdəfəlik olaraq durduracaq.

Geri qayıt