Əsas Səhifə > Gündəm, Manşet > Pulun varsa, hoppan min `Azəriqaz`ın belinə...

Pulun varsa, hoppan min `Azəriqaz`ın belinə...


28-09-2023, 07:57
Pulun varsa, hoppan min `Azəriqaz`ın belinə...
Sumqayıt şəhəri, 30-cu məhəllə, 2A/15 saylı binanın bir qrup sakini adından Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edir ki, bina sakinlərindən olan, özünü gah FHN-nin, gah da İcra Hakimiyyətinin əməkdaşı kimi qələmə verən şəxs binanın qaz boru xəttini zədələyərəq özünə eyvan düzəltmişdir.

Şikayətçilər saytımız vasitəsilə Prezident İlham Əliyevə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova, SOCAR prezidenti Rövşən Nəcəfə, Energetika naziri Pərviz Şahbazova və “Azəriqaz” İB-nin rəhbərliyinə müraciət edirlər:

“Cənab Prezident!

Biz sakinlər olaraq Sizdən xahiş edirik ki, müraciətimizi cavabsız qoymayın.

Dünyada bir-birinin ardınca baş verən zəlzələlərdən sonra tikinti normalarına, təhlükəsizlik qaydalarına dövlət səviyyəsində daha ciddi nəzarət olunur. Yaşayış binamızın 2-ci mənzilində yaşayan, özünü gah FHN-nin, gah da İcra Hakimiyyətinin əməkdaşı kimi qələmə verən şəxs özbaşınlıq etməklə yanaşı, dövlət orqanlarının nüfuzuna xələl gətirir, ölkə qanunlarına məhəl qoymur.

Sovet dövründə tikilən binamızın istismar müddəti bitib. Binanın 1-ci mərtəbəsinin 2-ci mənzilində yaşayan, özünü hamıya dövlət məmuru kimi təqdim edən bu şəxs evinin eyvanını artırmaq üçün binaya gələn qaz boru xəttini kəsdirmiş, binanın qaz təchizat sxeminə özbaşına müdaxilə etdirərək, qaz boru xəttini zədələmişdir. Əfsuslar olsun ki, bu qanunsuzluq “Azəriqaz” İB-nin nümayəndələrinin iştirakı ilə, onların gözləri önündə baş vermişdir.

Belə ki, 11 sentyabr 2023-cü il tarixində binanın qarşısından binaya paralel xətt üzrə keçən ana boru xəttindən binanın birinci blokuna gedən qaz boru xətti kəsilərək yeri dəyişdirilmişdir. Hazırda borunun zədəli olduğu açıq görünür. Həmin binaya qaz verilişi də dayandırılıb. Özünə eyvan artırmaq üçün binaya gələn ana xətti zədələyən, məmur adından istifadə edən vətəndaşın özbaşınalıqlarına “Azəriqaz” nə məqsədlə ortaq olur?!

Xahiş edirik ki, aidiyyatı qurumlar bu haqda “Azəriqaz” İB-nin Sumqayıt rəhbərliyindən izahat tələb etməklə yanaşı, binanın qaz təchizat sxeminə müdaxiə edən, ana xətti zədələyən vətəndaş barəsində tədbir görülsün.

Bütün bunlar bir yana, ilin günün bu vaxtında eyvan artırmaq məsələsinə əlaqədar qurumlar, xüsusilə FHN niyə göz yumur? Eyvan artırmaq mümkündürsə, xahiş edirik göstəriş verin, ya bütün sakinlər eyvanlarını artırsın, ya da kimsəyə bu icazə verilməsin. Qanun hamı üçün eynidir!

Sizdən xahiş edirik, bu özbaşınalıqlar barədə ölçü götürülməsi üçün aidiyyatı orqanlara o cümlədən hüquq-mühafizə orqanlarına da göstəriş verəsiniz. Öncədən Sizə minnətdarıq".

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Pulun varsa, hoppan min `Azəriqaz`ın belinə...

Geri qayıt