Əsas Səhifə > Gündəm, Manşet > Fars-molla rejimi indi di Azərbaycan xalqının Milli Azadlıq Hərəkatını şübhəyə alır

Fars-molla rejimi indi di Azərbaycan xalqının Milli Azadlıq Hərəkatını şübhəyə alır


15-02-2014, 11:49
Fars-molla rejimi indi di Azərbaycan xalqının Milli Azadlıq Hərəkatını şübhəyə alır
DİA.AZ: - İran Azərbaycan tarixini saxtalaşdırmaqda davam edir. İndi də Azərbaycan türkünün Sovetlər Birliyinin dağılmasında müstəsna rol oynayan keçən əsrin 80-ci illərinin sonlarında başlayan hadisələrə - Milli Azadlıq Hərəkatına sahiblənməyə çalışan fars-molla rejimi belə bir qənaət formalaşdırmağa çalışır ki, Azərbaycan xalqı guya rus işğalından cana doyub, fars işğalının həsrətini çəkdiyindən SSRİ-İran sərhədlirini dağıtmağa qalxıb. Yəni bu hadisənin altında yatan əsas qayəyə - Bütöv Azərbaycan dövlətinin qurulması niyyətinə fars-molla rejimi tərəfindən fərqli izahat verilməkdədir ki, bu da əslində rəsmi Tehranın Azərbaycan türkünə və onun dövlətinə qarşı növbəti qəsdi kimi qəbul olunmalıdır.

Qeyd edək ki, artıq Güney Azərbaycanın ayrı-ayrı şəhərlərində rəsmi Tehranın nəzarəti altında məlum təbliğatı aşılayan tədbirlər davaçlı şəkildə təşkil olunur ki, burada fars millətçilərinin qorxusunu sezməmək mümkün deyil. Əslində hər kəs gözəl bilir ki, keçən əsrin 80-ci illərinin sonlarında bir hərəkata başlayan Azərbaycan xalqı SSRİ ilə yanaşı İranı da çökdürməyi hədəfləyən bir yolu seçmişdi. Maləsəf, bu böyük amal rus və farsların da dəstək verdiyi Qarabağ problemi ilə ertələndi.

DİA.AZ olaraq “AranNews” portalında yer alan, növbəti fars təxribatının təzühürü kimi qəbul edəcəyiniz materiaklı diqqətinizə təqdim edirik: «Redaksiyamızın məlumatına əsasən, çərşənbə günü Oyaq Təbriz Mərkəzində "İran İslam İnqilabının Dünya Müsəlaman Azərilərinə Təsirininin Araşdırılması" elmi konfrans keçirildi.

Tələbə və Azərbaycan məsələləri üzrə tədqiqatçıların iştirak etdiyi bu konfransda Təbriz, Azərşəhr və Üskü əhalisinin İslami Şura Məclisində nümayəndəsi Məhəmməd İsmayıl Səidi çıxış edərək açıqladı ki, İran xalqı İslam İnqilabını 12 bəhməndən 22 bəhmənə qədər bayram etdikləri halda biz Azərbaycan xalqı bu bayramı 29 bəhmənə kimi davam edirik. Çünki Təbriz əhalisinin 1356-cı il 29 bəhməndə etdiyi qiyam İslam İnqilabının qələbəsinin ən əsas səbəblərindən biridir.

İslami Şura Məclisinin İctimai Komissiyasının birinci katibi çıxışının davamında deyib: "Biz azərilərin İran İslam İnqilabının gerçəkləşməsində əsas rolu olduğu kimi, İslam İnqilabının da azərilərinin şiəllik və əsil iranlı olmaq kimliyinin dirçəlməsində qarşılıqlı və nəzərə çarpacaq həddə təsirli rolu olmuşdur".

"Təbriz qədimdən indiyə kimi elm, mədəniyyət və iqtisadiyyat mərkəzi olduğundan istər İran-Rus müharibələri dövründə, istərsə də Məşrutə zamanında bu məntəqənin, hətta Arazın şimal hissəsinin mədəni və ictimai hərəkatlarının mərkəzi kimi rol ifa etmiş və təsir göstərmişdir.

Ruslar Qafqazı işğal etmək fikrinə düşdükdə Təbriz xalqı rusların işğalına qarşı xalq etirazlarının mərkəzinə çevrilmşdi. Bu etirazlar və müqavimət hərəkatı Nəcəf alimlərinin rus işğalçıları əleyhinə cihad fətvası vermələrinə səbəb oldu"-deyə nümayəndə artırıb.

O, həmçinin deyib: "İslam İnqilabından sonra İnqilabın mesaj və hədəflərinin Arazın o tayına çatdırmaqda Təbrizin əvəzsiz rolu olmuşdur".

1990-cı ilin yanvarında sərhəddi aşaraq İranda gələn azərbaycanlıların şadlığı barədə öz xatirələrindən danışan nümayəndə deyib: "Kommunistlər, müsəlman Azərbaycana hökumət etdikləri dövrdə onların İranla hər cür yaxınlaşmasının qarşısını almağa çalışdılar. Hətta sərhəd zolaqlarında da möhkəm postlar, möhkəm sərhəd maneələri qurmuşdular. Lakin sovet hökumətinin əsaslarının çökməsi ərəfəsində İran İslam İnqilabının qələbəsini təqribən 10 il eşitmiş Azərbaycanın müsəlman xalqı sərhəd yaxınlığında toplaşdı və Allahu Əkbər, La ilahə İlləllah şüarları səsləndirərək İran və İslama təmayül göstərdilər. 19 yanvarda çoxlu sayda azərbaycanlı şiələr Araz çayının üzərində qurulmuş möhkəm sərhəd maneələrini keçərək İrana keçdilər. O anlar, unudulmaz anlardır. Onlar bizdən istəyirdilər ki, onlar üçün Təbriz və Məşhəd səfərləri təşkil edək. Onların bu iki şəhərə böyük sevgiləri var idi. Hər işdən qabaq məscidə gedirdilər, namaz qılırdılar, imam Xomeyninin (rh) şəkilini istəyirdilər ".

Məhəmməd İsmayıl Səidi İmamın (rh) karizmatik cazibələri, onun ixlası və Sovet hökumətinin dağılmasından öncə radio vasitəsilə ruhanilərin dini söhbətləri, ustad Şəhriyar kimi iftixarlı şəxslərin varlığı, İslam dünyasının mesajından qaynaqlanan İslam İnqilabının mesajının transmilli olmasını Azərbaycan müsəlmanlarının İslam İnqilabına diqqətini çəkən önəmli səbəblərdən olmasını açıqlayıb və deyib ki, bu gün də Azərbaycan şiələri islami-şiə dərin maarifindən ilham alaraq, İslam dünyasının bir hissəsi kimi hadisələrdin gedişində iştirak edirlər.

İslami Şura Məclisinin nümayəndəsi Qarabağın azad olunması yolunun Azərbaycan Respublikası xalqının İran İslam Respublikası xalqının İslam İnqilabında və 8 illilk müqəddəs madafiə illərindəki təcrübəsindən istifadə etmək olduğu bildirib».

Geri qayıt