Əsas Səhifə > Gündəm, Manşet > Göyçayda gənc kadr `GÜL VURUR`...

Göyçayda gənc kadr `GÜL VURUR`...


14-09-2023, 08:22
Göyçayda gənc kadr `GÜL VURUR`...
DİA.AZ: - Göyçay rayon sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsini icra edən Orxan Mahmudovun qanunsuz əməlləri bitib tükənmir. Göyçay rayon Suvarma Sistemləri İdarəsinə ayrılan yanacaq məhsulları (benzin və dizel) satılması üçün şəhərin dörd yol ərazisində yerləşən “Göyçay” adlı Yanacaq Doldurma Məntəqəsinə verilir.Hansı ki, həmin yanacaq dövlət tərəfindən Göyçay suvarma Sistemləri İdarəsinə məxsus texnikaların idarə edilməsi üçün verilir.Orxan Mahmudov isə dövlət vəsaitini çəkinmədən talan edib mənimsəyir. Nəticə isə göz qabağında suvarma kanalları təmizlənmir, intensiv yağan yağışlar nəticəsində arxlar dolub daşır insanlar sel təhlükəsi ilə üz-üzə qalır.
Orxan Mahmudov Göyçay rayon Suvarma Sistemləri İdarəsinə məxsus bir neçə texnikanı qanunsuz olaraq yol tikintisi ilə məşğul olan “ATF” MMC-nin sərəncamına vermişdir. Bunun müqabilində isə hər bir texnikaya görə aylıq 3000 (üç min) manat pul alır. “ATF” MMC-nin sərəncamına 3 ədəd bahalı ekskavatorlar verilmişdir.
Orxan Mahmudov gözdən pərdə asmaq üçün rayonda bir-iki su kanalını təmizlətdirir ki, yoxlama olanda nümunə kimi göstərsin. Qalanlarında isə lildən kol-kosdan su keçməməzliyi yaranıb.
Bu vəzifənin ona həvalə edilməsi üçün Orxan Mahmudov icra başçısı Natiq Ağayevə onun birinci müavini olmuş İkram Vəliyevin vasitəsi ilə küllü miqdarda pul vermişdir.Buna görə icra başçısı Natiq Ağayev gözü kölgəli olduğu üçün ona heç bir söz deyə bilmir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılovdan xahiş edirik Göyçay rayon Suvarma Sistemləri İdarəsində obyektiv yoxlama aparılıb ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt