Əsas Səhifə > Gündəm, Manşet > 'Azəriqaz'ın ənənəvi dələduzluğu...

'Azəriqaz'ın ənənəvi dələduzluğu...


11-09-2023, 00:33
'Azəriqaz'ın ənənəvi dələduzluğu...
DİA.AZ: - Redaksiyamıza "Azəriqaz" İstehsalat Birliyi ilə bağlı ilginc iddiaların yer aldığı məlumat daxil olub.

Mənbə DİA.AZ-a bildirib: ""Azəriqaz" İB tərəfindən hər dəfə saygac dəyişdirilərkən guya sayğacda deşik aşkarlanıb adı ilə və digər bu kimi bəhanələrlə abonentlərə yüksək məbləğlərdə borclar yazılması kütləvi hal alıb.

Bu barədə aktlar da sonradan abonentin iştirakı olmadan tərtib edilir. "Azəriqaz" İB rəhbərliyi isə, ucuz reklamla məşğuldur".

Mənbə DİA.AZ-a açıqlamasında maraqlı bir məqama da toxunub: "Maraqlıdır ki, bu məsələyə "Azəriqaz" İB-nin yanında İctimai Şura da reaksiya vermir..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt