Əsas Səhifə > Gündəm, Manşet > Cəlilabad sakini "Kapital Bank"ı dələduzluqda ittiham edir

Cəlilabad sakini "Kapital Bank"ı dələduzluqda ittiham edir


26-07-2023, 06:53
Cəlilabad sakini "Kapital Bank"ı dələduzluqda ittiham edir
Cəlilabad rayon sakini Həsənov Zahid Həsən oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi "Kapital Bank”dan narazıdır:

"Mən, Həsənov Zahid Həsən oğlu, yazaraq bildirirəm ki, "Kapital Bank"dan şikayətçiyəm.

Deməli, mart ayının 17-də, saat 20:30 radələrində kartımda olan cəm 1056 AZN-dən 1053 manatı “Ukrain Adessa Şaurma”nın hesabına köçürülüb. "Kapital Bank"a dərhal məlumat verdim. Mənə bildirdilər ki, 14 gün ərzində pul hesabınız qaytarılacaq. Lakin indiyədək heç bir xəbər yoxdur. Mən xərcləmədiyim pulu nəyə görə ödəməliyəm? Xahiş edirəm ki, mənə kömək edin.

Şəkildə pulun çəkilmə saatı 00:00 yazılıb, amma pul kartdan 20:30-da çıxarılıb. Dərhal da 196 xidmətini yığıb, məlumat vermişəm. 196 xidmətindən də təsdiqlədilər ki, bəli, pul çəkilib, aydınlaşdırarıq.

Mən kasıb ailəyəm, özümü zorla dolandırıram, xahiş edirəm mənə bir yol göstərin. "Kapital Bank" indi də bu yolla dələduzluq edir”.

Məsələ ilə bağlı "Kapital Bank”ın 196 xidməti ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı. Daha doğrusu, sıradakı növbəmiz bitmək bilmədi…

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Cəlilabad sakini "Kapital Bank"ı dələduzluqda ittiham edir
Geri qayıt