Əsas Səhifə > Gündəm, Manşet > 6 Saylı Uşaq Kliniki Xəstəxanası daha betər gündədir...

6 Saylı Uşaq Kliniki Xəstəxanası daha betər gündədir...


10-07-2023, 11:42
6 Saylı Uşaq Kliniki Xəstəxanası daha betər gündədir...
DİA.AZ: - "Mənim şikayətim TƏBİB-dəndir". Bu barədə DİA.AZ-a daxil olan müraciətdə deyilir.

Müraciət müəllifi daha sonra yazır: "Belə ki, mən və bir çox həmkarlarım artıq neçə illərdir "Nərimanov Tibb Mərkəzində" (keçmiş 5 saylı xəstəxana) sovet dövründən qalma təmirsiz xəstəxanada çalışırıq.

Keçən həftə bizə rəhbərlikdən bildirdilər ki, xəstəxana 2 illik təmirə bağlanır və 1 avqust tarixindən etibarən burada çalışan həkim, tibb bacıları 6 Saylı Uşaq Kliniki Xəstəxanasına köçürüləcək.

Qeyd etmək istəyirəm ki, 6 Saylı Uşaq Kliniki Xəstəxanası da sovet dövründən bu yana bir dəfə də olsun təmir olunmayıb və bu xəstəxananın otaqları, dəhlizi və bütün binası bizim Nərimanov Tibb Mərkəzindən də betər vəziyyətdədir.

Sizin vasitənizlə biz tibbi personal olaraq TƏBİB rəhbərinə sual ünvanlamaq istərdik: "Niyə təmirə bağlanacaq Nərimanov Tibb Mərkəzinin heyətini müvəqqəti olaraq müasir üslubda təmir olunmuş, hər bir tibbi avadanlıqlarla təmin edilmiş, 80% boş olan "Yeni Klinika"-ya yox, şəraitsiz, təmirsiz, kiçik binası olan 6 Saylı Uşaq Kliniki Xəstəxanasına köçürürsünüz?

Axı "Yeni Klinika" da TƏBİB-in tabeliyindədir və o boyda binanın 80% boş ola-ola niyə biz yenidən təmirsiz, şəraitsiz və hamımızın yerləşməyəcəyi 6 Saylı Uşaq Kliniki Xəstəxanasına köçürülürük?"

İddia olunanlarla bağlı dia.az olaraq bütün aidiyyatı olan qurum və şəxsləri dinləməyə hazırıq..

Geri qayıt