Əsas Səhifə > Gündəm, Manşet > Allahşükür Paşazadəyə qarşı daha bir şok iddia

Allahşükür Paşazadəyə qarşı daha bir şok iddia


6-02-2014, 11:27
Allahşükür Paşazadəyə qarşı daha bir şok iddia
DİA.AZ: - Son günlər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə ilə bağlı müxtəlif informasiyalar yayan «Şeyx-Leaks» qrupu bu dəfə Şeyxin İstanbul səfəri ilə bağlı DİA.AZ-a maraqlı bir məlumat yollayıblar. Qeyd edək ki, Allahşükür Paşazadənin vəhabilərə və nurçulara qarşı söylədiyi fikirlər necə rezonans doğurubsa, hələ də onunla bağlı mətbuata müxtəlif səpgili məlumatlar göndərilməkdədir. Təbii ki, burada əsas marağın nədən ibarət olacağını təxmin etmək o qədər də çətin deyil. Hədəfdə olan Şeyxdir…

Və bu gün Şeyxə öz aləmlərində cavab verən məlum şəbəkənin yolladığı son informasiyada qeyd olunur ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin keçirəcəyi XVII Avrasiya İqtisadi Zirvəsində iştirak etmək üçün İstanbula gedən Şeyxin bu səfərinin təşkilatçısı «Palmali» şirkətlər qrupunun prezidenti, tanınmış iş adamı Mübariz Mənsimov olub.

İddia edilir ki, bu səfərdə əslində əsas məqsəd Allahşükür Paşazadə ilə Türkiyədəki nur camaatının münasibətlərinin qaydasına salınmasından ibarət olub. Əslində ilk başdan Şeyxin İstanbula iqtisadiyyatla bağlı tədbirə dəvətli olması, bu tədbirdə iştirak etməsi bir sıra dairələrdə də müəyyən şübhələr yaratmışdı. Məsələn, bu barədə şərhini yayan «Turan» informasiya agentliyi də QMİ sədrinin Türkiyəyə səfərinin mahiyyətinin anlaşılmadığı haqda təəssüratlarını bölüşmüşdü.

İndi isə bu mübhəm səfərlə bağlı Şeyxə qarşı qərarlaşan cinahın yaydığı informasiyada qeyd olunur ki, əslində «Palmali» şefinin araçılığı ilə baş tutan səfər nəticəsində Allahşükür Paşazadə Türkiyədə nur camaatının ünlü simaları ilə görüşüb və anlaşma əldə edib. Daha sonra iddia edilir ki, guya Şeyxin Türkiyədəki «qara biznesi» də ifşa olunduğundan QMİ sədri məcbur olub İstanbula getsin və münasibətləri qaydasına salsın.

Təbii ki, bütün bunlar iddiadır və bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…


Geri qayıt