Əsas Səhifə > Gündəm, Manşet > Məcnun müəllimin KOLXOZYANA JESTİ

Məcnun müəllimin KOLXOZYANA JESTİ


30-06-2023, 07:48
Məcnun müəllimin KOLXOZYANA JESTİ
DİA.AZ: - Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun təyinatından sonra yeni nazirin az qala görüntü naminə açıq pozlar verməsi fermerlər tərəfindən birmənalı qarşılanmayıb. Elə DİA.AZ vasitəsilə müraciətlərində yeni nazirə xitab edən şəmkirli fermerlər də mövcud acınacaqlı vəziyyətin nədənləri ilə bağlı Məcnun Məmmədova sual edirlər. DİA.AZ fermerlərin müraciətini təqdim edir:
"Şəmkirdə taxıl və arpa fermerlərin əlində qalıb. Azərbaycan Cənubi Qafqazda ən az şirin su ehtiyatına malikdir və dünyada 148-ci yerdə qərar tutur. Buna baxmayaraq hansı ağıllasa 200 min hektar örüş sahəsi bir qərarla əkinə qaytarıldı. Yaylaq və qışlağı fermerlərin əlindən zorla alıb, pilot layihələrə verdilər. Amma şirin su ehtiyatı məhdud olan ölkəmizdə bu örüş sahələri hansı mənbədən sulanacaq... bax buna heç bir məmur cavab vermədi.
Bu ağıllılar ən asanını etdilər. Kəndlinin suyunu kəsib məmurun pilot layihələrinə verdilər və daha da irəli gedib Kürün suyunu qurutdular .
Bununla da ölmüş kəndlinin tabutuna son mismarı vurdular.
Qışlaq və yaylaq yoxdursa, deməli, heyvandarlıq yoxdur .
Əlqərəz, taxıl və arpanı alacaq nə heyvandarlıq təsərrüfatı qalıb, nə də dövlət yiyə durur.
Taxılı sulamaq ücün yazdan su arxlarının kənarlarında zəlil olan
fermerlər bu gün də qalıblar 3-5 dəllalın ümidinə. Onlarda taxıla 28- 30 qəpikdən artıq pul vermirlər. Bu da mayası etmir .
Yeni Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun şəkil çəkdirməkdən vaxt olsaydı, yazda əkinçi, qışda dilənçi olan kəndlilərin adından bu suallara cavab alardıq..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Məcnun müəllimin KOLXOZYANA JESTİ
Məcnun müəllimin KOLXOZYANA JESTİ
Geri qayıt