Əsas Səhifə > Gündəm, Manşet > Məleykə Abbaszadənin İMTAHAN BAZARI...

Məleykə Abbaszadənin İMTAHAN BAZARI...


29-06-2023, 09:46
Məleykə Abbaszadənin İMTAHAN BAZARI...
DİA.AZ: - Onunla zamanında keçmiş təhsil naziri Misir Mərdanov çox döyüşdü. Bacara bilmədi. Əvəzində toxunulmazlıq qazandı sanki. Misir Mərdanovdan sonra neçə nazirlə işləsə də, kimsə ona toxunmadı. Əksinə İMTAHAN BAZARINDAKI mövqeləri yetərincə genişləndi. Yox, bu ona görə baş vermədi ki, Misr Mərdanov korrupsioner idi, o da aydan arı, sudan duru... Hər halda, günü bu gün də onun işçilərinin təhsil ocaqlarının künc-bucaqlarındakı xısın-xısınlı alverlərinin səsi qulaqları batırmaqdadır.

DİA.AZ bildirir ki, burada söhbət bir kimsədən yox, artıq yenilməzlik statusu qazanmış, dövlət hesabına inhisarçılığı rəsmiləşmiş Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadədən gedir.

Amma deyəsən, artıq "illərdir ləngər vuran gəmi nəhayətdə lövbər salmaq məcburiyyətində qalacaq".

Bu barədə DİA.AZ-a danışan mənbəı iddia edir ki, yaxın günlərdə, daha dəqiqi ali məktəblərə hazırki qəbul prosesini başa çatar-çatmaz DİM rəhbərliyində dəyişikliyə, DİM-in özündə isə ciddi islahatlara gediləcək.

Mənbənin iddia etdikləri: "Əslində DİM-ə hüquq-mühafizə orqanları ağır ittighamlarla dolu qovluqlarla girməli idi. Amma görünür, "yuxarılar" Məleykə xanıma sonuncu güzəştlərini edir".

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia.az olaraq bütün aidiyyatı olan qurum və şəxslərin də mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt