Əsas Səhifə > Gündəm, Manşet > Bu qədər baha xidmət müqabilində dövlətin vergisini də qıymırlar...

Bu qədər baha xidmət müqabilində dövlətin vergisini də qıymırlar...


19-06-2023, 08:49
Bu qədər baha xidmət müqabilində dövlətin vergisini də qıymırlar...
DİA.AZ: - Artıq ƏDV verməkdən yayınan və eyni zamanda dövlətin vergisini verməyi belə ağlının ucundan keçirməyən şirkətlərin sırası genişlənməkdədir. Deyəsən, artıq dövlət babanın "Vergilər Nazirliyi" kimi imici zədələnmiş qurumu ləğv edərək xidmətə çevirməsi də işə yaramırmış kimi görünməkdədir. DİA.AZ bildirir ki, hər halda Vergi Xidməti əməkdaşlarının ayrı-ayrı obyekt sahibləri ilə anloaşması, nəticədə də dövlətin ziyan görməsi faktları yetərincədir. Elə bu iddia və ittihamla VX-nin özü də dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edərək öz əməkdaşları barəsində ölçü götürülməsinə nail olub. Aşağıda təqdim edəcəyiiz gileydən də anlaşılanı budur ki, nəsə işin içində İŞ VAR...

Bu qədər baha xidmət müqabilində dövlətin vergisini də qıymırlar...

"Müştərinin Səsi" sosial qrupundakı paylaşımda narazı vətəndaş bildirir:

"Bilmək istəyirəm "Tufandağ" istirahət kompleksində ƏDV ödəyicisi kimi qeydə alınıbsa, niyə ƏDVnin geri qaytarılması xidmətinə daxil deyillər?

Kifayət qədər də bahalı xidmətləri var".

Narazı vətəndaş iddiasının fotodəlilini də təqdim edib:

Bu qədər baha xidmət müqabilində dövlətin vergisini də qıymırlar...

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt