Əsas Səhifə > Gündəm, Manşet > 'Starex' müştərisini ÇİLƏDƏN ÇIXARDI

'Starex' müştərisini ÇİLƏDƏN ÇIXARDI


18-06-2023, 10:08
'Starex' müştərisini ÇİLƏDƏN ÇIXARDI
DİA.AZ: - "Bu gün artıq 30 gündür ki, "Trendyol"dan birbaşa Azərbaycana olan sifarişimi "Starex" gətirib çıxara bilmir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Elvin Mirzəzadə adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra bildirir: "Özlərinin dediklərinə görə mərkəzi anbarda çeşidlənən zaman bağlama ilə əlaqə itib. Yəni uzun sözün qısası bağlamanı öz mərkəzi anbarlarında itiriblər. Yalandan boş-boş tərifləməyin mənası yoxdur. May ayının 18-dən verdiyim sifariş nə gəlib çıxır, nə də ki, pulum qaytarılmır..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt