Əsas Səhifə > Gündəm, Manşet > Vasif Talıbovun kadrı `AC QALACAQ`...

Vasif Talıbovun kadrı `AC QALACAQ`...


17-06-2023, 10:24
Vasif Talıbovun kadrı `AC QALACAQ`...
DİA.AZ: - Məlum olduğu kimi, Bakı ilə Naxçıvan arasında aviabiletlərin alınması proseduru asanlaşdırılır. DİA.AZ bu barədə paylaşılan rəsmi xəbərlərə istinadən bildirir ki, AZAL Bakı ilə Naxçıvan arasında reyslərə aviabiletlərin alınması prosedurunu asanlaşdıracaq və yaxın zamanlarda biletləri yalnız onlayn şəkildə aviaşirkətin rəsmi www.azal.az saytından əldə etmək mümkün olacaq.

Qeyd edək ki, AZAL-ın bu addımı sosial şəbəkələrdə ilginc şəkildə yozulub və qeyd olunub ki, bundan sonra Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədlinin əvvəlki qədərində böyük pullar əldə edəcəyi imkansız və yaxud da çətin olacaq.

DİA.AZ bildirir ki, bu vaxta qədər qarqa bazarda -Bakı-Naxçıvan təyyarəsinə bilet nəzarəti də məhz Mənşur Gülməmmədliyə aid idi, onun əsas qazanc yerlərindən biri idi. İndi isə son dəyişikliklərdən aydın olur ki, hələ də mövqeyini qorumaqda olan Vasif Talıbovun sevimli kadrı kimi tanıdığımız Mənşur Gülməmmədli kəmərini sıxmalı olacaq...


Geri qayıt