Əsas Səhifə > Gündəm, Manşet > Vətəndaşın halı Sahil Babayevin umrunda da deyil...

Vətəndaşın halı Sahil Babayevin umrunda da deyil...


9-05-2023, 06:40
Vətəndaşın halı Sahil Babayevin umrunda da deyil...
Gülbəniz Rzayeva Bərdə rayon sakinidir. Vətəndaş Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən şikayətçidir. Deyir, ailəsini yalnız ərinə verilən əlillik üçün 300 manat əmək pensiyası ilə dolandırır.

Şikayətçi nazirliyin onun müraciətlərinə biganə yanaşmasından gileylənir. Deyir, müraciətləri cavabsız qalır:

Vətəndaş nazirliyin qəbul şöbəsinə aparılıb. Gülbəniz Rzayevanın sözlərinə görə, qurumun əməkdaşları onu qeydiyyata salıblar, amma müraciətlə bağlı heç bir söz deməyiblər. Nazirlikdən Toplum tv-yə bildirilib ki, vətəndaşın müraciəti araşdırılacaq.

Toplum TV


Geri qayıt