Əsas Səhifə > Gündəm, Manşet > Naxçıvanda təhsilin evini NECƏ YIXIBLAR...

Naxçıvanda təhsilin evini NECƏ YIXIBLAR...


25-04-2023, 08:14
Naxçıvanda təhsilin evini NECƏ YIXIBLAR...
DİA.AZ: - 16.04.2023 cü il tarixdə yayılan xəbərdə bildirilirdi ki, Naxçıvan təhsil nazirliyi aparatının rəhbəri Rəşad Əlizadənin oğlu Yusuf Əlizadə, Naxçıvan Dövlət Gömrük komitəsinin keçmiş sədri Səhhət Həbibbəylinin oğlu İsa Həbibbəyli, Culfa rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyevin oğlu Bayram Əliyev və digərləri Təhsil nazirliyi vasitəçiliyi ilə Respublika fənn olimpiadaları və beynəlxalq olimpiada qalibi olaraq, qeyri qanuni şəkildə Ali məktəblərə imtahansız qəbul olunublar. Lakin bunlardan başqa da imtahansız qəbul olanlar tapılıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Məsələn: Naxçıvan Dövlət Əmlak və Torpaq Reyestri xidmətinin rəisi, eyni zamanda Naxçıvan MR Təhsil Naziri Rəhman Məmmədovun bacısı əri Müslüm Cabbarzadənin də övladları eyni yollarla üniverisitetə qəbul olunublar.

Naxçıvan qarnizonu məktəbinin bir neçə şagirdi (onların valideynləri hərbçi, vətən keşikçisi olduqları üçün adlarını çəkmək istəmirəm) olimpiada qalibləri olaraq imtahansız ali məktəblərə qəbul olunublar. Bunların qarşılığında təhsil nazirinə böyük məbləğdə pul verilib. Naxçıvan MR Təhsil Naziri Rəhman Məmmədovu hamı bilir ki təhsildən uzaq bir adamdır, oranı idarə edən isə aparat rəhbəri Rəşad Əlizadədir.

Nazirin müavinləri Ovni müəllim ilə Heyran müəllim isə sıradan bir işçi kimi ancaq tapşırıqlar əsasında işləyirlər. Heyran xanım tədbirlərə baxır, Ovni müəllim isə yeni təyinatları təqdim edir... başqa işləri yoxdur..

Olimpiada məsələlərinə əvvəlcə şöbə müdiri Abdulla Əsgərov baxırdı. 2021-ci ildən onun da qələmini qırıb bir kənara qoyublar. Nazirlikdə Nazir Rəşad Əlizadə ilə iş qurur. Rəşad Əlizadə isə Murad (sektor müdiri) və Vusal (şöbə müdiri) ilə işləyir. Qalan işçilər isə apar-gətir işlərinə baxır.

Təhsil nazirliyi eyni zamanda Eksternat attestat satışından da xeyli gəlir əldə edib. (Onların da siyahısı yaxın zamanda ictimaiyyətə çatdırılacaq -dia.az)

Yeni aldığımız məlumata görə, artıq Naxçıvan MR Respublika prokurorluğu Şöbə mudirlərini sorğuya çəkib. Çünki 2022 cü ilin noyabr ayına qədər direktorlardan yığdıqları pul ilə təhsil nazirliyinə verdikləri pul arasında böyük fərqlər var. Eyni zamanda Təhsil Nazirliyinin də keçmiş rəhbərliyə verdiyi pul ilə yığdıqları pul üst-üstə düşmür...."

DAVAMI VAR...

Yazıda iddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt