Əsas Səhifə > Gündəm, Manşet > Sabirabadda RƏSMƏN QOÇULUQ DÖVRÜDÜR...

Sabirabadda RƏSMƏN QOÇULUQ DÖVRÜDÜR...


24-04-2023, 08:25
Sabirabadda RƏSMƏN QOÇULUQ DÖVRÜDÜR...
DİA.AZ: - "Mən (biz) Sabirabad rayon Şıxsalahlı kənd sakini (sakinləri) Hüseynov İmran Vilayət oğlu Azərbaycan Respublikasının Konstitusiyasının 57- ci maddəsinin tələbi üzrə kollektiv şəkildə müraciət (şikayət) edirik". DİA.AZ bildirir ki, bu sözlər Prezidentə ünvanlanan müraciətdə yer alıb.

Sabirabadda RƏSMƏN QOÇULUQ DÖVRÜDÜR...
Sabirabadda RƏSMƏN QOÇULUQ DÖVRÜDÜR...
​ ​ ​ ​ ​
Daha sonra narazı sakinlər yazır: "Şıxsalahlı kənd sakinləri üçün əvvəldən örüş yeri olan torpaq sahəsini kəndin bələdiyyəsi Bəylər Heydərov və İcra nümayəndəsi Seyidabas Babayev tərəfindən qanunsuz olaraq Cinayət Məcəlləsinin 314-1-ci maddəsi üzrə ( Dövlətin müstəsna mülkiyyətində olan torpaq​ sahələrinə dair qanunsuz qərar qəbul etmə) cinayət tərkibli əmələ yol verərək 3 nəfər kənd sakini olan şəxslərə hansısa maraq​ qarşılığında əkin sahəsi kimi istifadələrinə vermişdirlər.
​ ​ ​ ​ Əvvəllər uzun müddət bu ərazi kənd sakinlərinin örüş yeri olmuşdur.
​ ​ ​ ​ ​ Bəylər Heydərov uzun müddət kənd İcra nümayəndəsi işləmiş və işlədiyi dövrlərdə kənddə almadığı torpaq sahəsi və obyekt qalmamışdır , eləcə də satmadığı yer qalmamışdır. Kənd üçün isə indiyə kimi heçnə etməmişdir, qəbirstanlıq yollarl​ bərbad gündədir.
​ ​ ​ ​ Sizə dəqdim etdiyim video görüntülərdə aydın şəkildə görünür ki, o torpaqlara su özbaşına verilmiş və bəndlər, (kürün qoruma zolağı olan bəndlər, kəndi qoruyan zolağ bəndlər) uçulur və daha da təhlükəli vəziyyətə gəlib çıxarılmasına zəmin yaratmışdır.
​ ​ ​ ​ Biz əvvəldə də dəfələrlə bu barədə müraciət etsək heç bir nəticəsi olmamış və məcbur olaraq yenidən kollektiv şəkildə müraciət edirik .
​ ​ ​ ​ Həmçinin bildiririk ki, biz kollektiv formatda və qanuni şəkildə , söz azadlığından istifadə edərək bu torpaq sahəsi ilə bağlı aksiya keçirdəcik. Əvvəlcədən məlumat verməyi zəruri hesab edirik".

Məsələ ilə bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxslətrin də mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt