Əsas Səhifə > Gündəm, Manşet > Kürdəmir sakinləri nazirdən xahiş edir ki...

Kürdəmir sakinləri nazirdən xahiş edir ki...


18-04-2023, 08:52
Kürdəmir sakinləri nazirdən xahiş edir ki...
DİA.AZ: - Bir müddət əvvəl nazir postuna təsdiqlənən Adil Kərimlinin görəsi işləri hələ çoxdur. DİA.AZ bildirir ki, bunu elə Kürdəmirdən göndərilən şikayətdən də anlamaq olar.

Belə ki, narazı vətəndaşlar nazirdən rayondakı mədəniyyət klublarının hazırki durumundan giley edir və bildirirlər ki, əslində yerli məmurların GİZLİ "ÖLÜ CAN" - DOLANIŞIQ YERİ olan bu klubları işlək vəziyyətə gətirməklə bir çox problemləri - son günlər geniş yayılmaqda olan dini fanatizm, narkomaniya kimi problemləri belə həll etmək mümkündür.

Sakinlər dia.az-a yazır: "Mədəniyyət naziri bizə kömək etsin. Kənd klublarını işlək vəziyyətə gətirsinlər. Kürdəmir rayonunun Köhünlü kəndində yerləşən Şüşün kənd klubu da elələrindəndir".

Daha sonra sakinlər foto da yollayıb:

Kürdəmir sakinləri nazirdən xahiş edir ki...
Kürdəmir sakinləri nazirdən xahiş edir ki...
Kürdəmir sakinləri nazirdən xahiş edir ki...

Məsələ diqqətimizdədir. Qarşı tərəfi də dia.az olaraq dinləməyə hazırıq...

Geri qayıt