Əsas Səhifə > Gündəm, Manşet > Rayon icra başçıları üçün ümumi TƏFTİŞ QƏRARI...

Rayon icra başçıları üçün ümumi TƏFTİŞ QƏRARI...


14-04-2023, 09:24
Rayon icra başçıları üçün ümumi TƏFTİŞ QƏRARI...
DİA.AZ: - Bir ara belə bir xəbər dövriyyəyə buraxıldı ki, bəs 2022-ci ildə bütün rayon icra hakimiyyətləri birdəfəlik ləğv olunacaq, onların yerlərində isə regional idarəetmə strukturları yaradılacaq. Lakin bu, baş vermədi. Doğrudur, bəzi yerlərdə, xüsusən də işğaldan azad olunmuş ərazilərimizdə yeni idarəetmə üsuluna keçid edildi, amma bu total xarakter daşımadı. Həm də azad olunmuş ərazilərimizdəki rayonlarda belə paralel idarəçilik kimi - icra hakimiyyətləri saxlanıldı.

Bununla bağlı DİA.AZ-a hökumətdəki mötəbər mənbədinin söylədiklərindən belə anlaşılır ki, 2023-cü ildə də icra hakimiyyətlərinin ayrıca institut kimi birdəfəlik ləğvi nəzərdə tutulmayıb. Məlumatı verən mənbə iddia edir ki, bu səbəbdən yaxın vaxtlarda RİH-lərlə bağlı TOTAL TƏFTİŞ qərarı veriləcək.

Mənbənin söylədikləri: "Açıq şəkildə demək lazımdır. Hələ də rayonlarda keçmiş PA şefi Ramiz Mehdiyevdən əmr alan icra başçıları var. Xüsusən də onların fəaliyyəti təftiş olunacaq. Bu yoxlamaların nəticəsi əsasında isə sərt qərarların veriləcəyi istisna deyil".

Yoxlamaları isə əsasən Maliyyə Nazirliyi ilə Hesablama Palatası ekspertlərinin həyata keçirəcəyi də iddia olunur.

Məsələ diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq...

Geri qayıt