Əsas Səhifə > Gündəm, Manşet > `Azəriqaz` rəhbərliyinin Zaqataladakı oyunbazlıqdan XƏBƏRİ VARMI?

`Azəriqaz` rəhbərliyinin Zaqataladakı oyunbazlıqdan XƏBƏRİ VARMI?


13-04-2023, 08:15
`Azəriqaz` rəhbərliyinin Zaqataladakı oyunbazlıqdan XƏBƏRİ VARMI?
DİA.AZ: - "Azəriqaz" İB-nin Zaqatala Regional Qaz İstismar İdarəsində yenə də oyunlar çevrilir. Hər halda anlaşılanı budur. DİA.AZ bildirir ki, bu barədə həyəcan təbili çalan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı sözügedən dövlət qurumunda baş verən qanunsuzluqlara diqqət çəkib.

"Buna deyərlər, qaratikanı Seyid Əhməd əli ilə yoldurmaq..." deyə baş verənlərə ironik reaksiya verən M.Qəhrəmanlı bildirir: "Təzəcə məhkəmə çəkişməsindən qurtarmış Azəriqaz İB Zaqatala RQİİ rəisi Sübhi Bayramov yenə 4 (dörd) işçisini işdən azad edir.

Bununla əlaqadar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin "DOST İş Mərkəzi-nin direktoru Firudin Cəbrayılova təqdimat yazıb".

`Azəriqaz` rəhbərliyinin Zaqataladakı oyunbazlıqdan XƏBƏRİ VARMI?

Qeyd edək ki, NHMT-nin eksperti Azər Quliyevin də məsələyə münasibəti açıqlanıb. O bildirib:

"1. Bildiyim qədər çox nadir müəssisələrdə "daxili nizam intizam qaydaları var". Ancaq inanmıram ki, Azəriqaz RQİİ-də də olsun.
2. Olsa belə, işçi həmin Qaydalara imza etməyibsə onun heç bir hüquqi qüvvəsi yoxdur.
3. Olsa belə, həmin Qaydalarda yazıla bilməz ki, işçi öz evindəki sayğaca görə intizam məsuliyyəti daşıyır, buna görə də həmin Qaydaları əsas götürüb işçi tutduğu vəzifəsindən azad oluna bilməz.
4. Hər sayğaca müdaxiləyə görə insanlar işdən çıxarılsa, işçi qalmazdı ki
5. Sayğaca, hətta müdaxilə olsa belə, bu Əmək Məcəlləsi ilə deyil, Mülki Məcəllə ilə tənzimlənir".

Hər halda görünəni odur ki, "Azəriqaz" İB-nin Zaqatala Regional Qaz İstismar İdarəsində rəhbərlik işçi haqqını pozmaqla qanunları da saya salmır... Görək, rəhbərlik buna nə deyəcək...

Məsələ ilə bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...

Geri qayıt